Sungun Babacan

Sungun Babacan (5 oktyabr 1958, Ankara6 avqust 2022) – Türkiyədən olan səsləndirmə aktyoru.

Sungun Babacan
Doğum tarixi 5 oktyabr 1958(1958-10-05)
Doğum yeri
Vəfat tarixi 6 avqust 2022(2022-08-06) (63 yaşında)
Vətəndaşlığı
Fəaliyyəti səsləndirmə aktyoru[d]
IMDb ID7692092
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1958-ci ildə Türkiyənin Ankara şəhərində doğulmuşdur. Hacettepe Universitetinin iqtisadiyyat və idarəçilik fakültəsindən məzun olmuşdur.

Dublaj sənətinə TRT kanalında başlamışdır.[1] 1980-ci illərin ortalarında TRT kanalında yayımlanan "Şənbədən şənbəyə" verilişinin aparıcısı olmuşdur.[1] Bir çox film və serialın aktoyorlarının dublajını edən Babacan tərcümə və dublaj rejissorluğu da etmişdir.[2] Televiziya filmləri və reklamlar üçün səsləndirmələrdə iştirak etmişdir. "League of Legends" video oyununun türkcə versiyasında Lyuşian personajını səsləndirmişdir.[2] "Keçmişdən evim möhtəşəm" və "Gülə-gülə oturun" verilişlərinin səsləndirilməsində iştirak etmişdir.[2] Paytaxt Kommunikasiya Elmləri Akademiyasında dublaj mövzusunda dərslər vermişdir.[2]

Kristofer Nolanın "Qara cəngavər" trilogiyasında Betmeni, "Forrest Qamp" filmində baş personajı, "Kriminal qiraət" filmində Con Travoltanın personajını səsləndirmişdir.[2]

Səhhətində problem olduğu üçün bir müddət müalicə alan Babacan 6 avqust 2022-ci ildə ölmüşdür.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Hollywood yıldızlarının Türkiye'deki sesi Sungun Babacan hayatını kaybetti". NTV (türkcə). 6 avqust 2022. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2022.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 "SUNGUN BABACAN kimdir, kaç yaşındaydı? Sungun Babacan neden öldü? İşte seslendirmeleri". Milliyet (türkcə). 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2022.