Super Mushshak

Super Mushshak (Urduca: سپر مشاق ) Pakistan istehsalı MFI-17 "Mushshak" təlim təyyarəsinin təkmilləşdirilmiş variantı. "Pakistan Aeronautical Complex" şirkəti tərəfindən dizayn olunub və istehsal olunur. İstehsalına 1995-ci ildən başlanılıb.

Super Mushshak
Super Mushshak təlim təyyarəsi Pakistanda keçirilən "IDEAS 2008" müdafiə sərgisində.
Super Mushshak təlim təyyarəsi Pakistanda keçirilən "IDEAS 2008" müdafiə sərgisində.
Tipi Təlim təyyarəsi
İstehsalçı Pakistan Pakistan Aeronautical Complex
İlk uçuş 1995
İstismara verilmə tarixi 1996
İstismarçılar Pakistan HHQ
Türkiyə HHQ
Azərbaycan HHQ
İstehsal ili 1995-günümüzə
Buraxılış sayı 391+
Baza modeli PAC MFI-17 Mushshak
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Super Mushshak" təlim uçuşları zamanı. Pakistan.

“Super Mushshak” xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malikdir. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan istənilən əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. 4-5 saat havada qalmaq imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən hava patrul xidmətinin təşkilində istifadə etmək də mümkündür. “Super Mushshak” əsas versiyadan fərqli olaraq, ABŞ-nin “Lycoming” şirkətinin daha güclü mühərrikinə, daha müasir panelə və kabin kondisionerinə malikdir.

Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.

Təyyarənin avionika və idarəetmə sistemləri mürəkkəb deyil. Bunun sayəsində gənc pilotlar təyyarəni öyrənməkdə və istismarını qısa müddətdə mənimsəyə bilir. Öz sinfində olan digər təyyarələrlə müqayisədə “Super Mushshak”ın pilotaj imkanları daha yüksəkdir. İlkin təlimlər zamanı ən çətin mənimsənilən uçuş mərhələlərindən olan təyyarənin havaya qalxması və aerodroma enməsi prosesi “Super Mushshak”ın köməyi ilə kifayət qədər sadələşir. Təlimatçılar üçün bu təyyarənin üstün keyfiyyətlərindən biri də oturacaqların yanaşı olmasıdır. Bunun nəticəsində təlimatçı gənc pilotun fəaliyyətini daha rahat müşahidə edə bilir və buraxdığı nöqsanlara vaxtında müdaxilə etmək imkanı qazanır. Uçuşlar daha aşağı sürətlə yerinə yetirilir ki, bu da öyrənən heyətdə səmtləşmənin aparılmasını, uçuş zonalarının öyrənilməsini, diqqətin paylanmasını rahatlaşdırır və uçuş vərdişlərinin daha da yaxşı inkişafına zəmin yaradır.

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]

Hərbi istifadəçilər

[redaktə | mənbəni redaktə et]
Super Mushshak istifadəçiləri xəritədə mavi rənglə təsvir olunub.

Mülki istifadəçilər

[redaktə | mənbəni redaktə et]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumi xarakteristikaları

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 2-3 nəfər
  • Uzunluğu: 7.15 m
  • Qanad uzunluğu: 8.85 m
  • Hündürlüyü: 2.60 m
  • Qanad sahəsi: 11.9 kv.m
  • Boş çəki: 760 kq
  • Maksimum qalxma ağırlığı: 1,250 kq
  • Güc təminatçısı: 1 ədəd Textron Lycoming IO-540 V4A5 6 silindrli mühərrik, 260 A.G.
  • Pərləri: 1 ədəd McCauley və ya Hartzell

Uçuş göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimum sürət: 268 km/s
  • Məsafə: 814 km
  • Enmə sürəti: 96 km/s
  • Havada qalma müddəti: 4 saat 15 dəqiqə
  • Uçuş tavanı: 6,705 m
  • Dırmanma sürəti: 8.6 m/s
  1. "Azerbaijan to buy 10 Super Mushshak aircraft from Pakistan". The News International. Islamabad. 27 iyul 2017. 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  2. Khan, Bilal. "Azerbaijan orders 10 Super Mushshak trainers from Pakistan". Quwa Defence News & Analysis Group. 27 iyul 2017. 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  3. "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  4. Khan, Bilal. "Ideas 2016: Turkey Inks 52 Super Mushshak Deal with Pakistan Aeronautical Complex". Quwa Defence News & Analysis Group. 20 sentyabr 2017. 2016-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2016.
  5. "Mushshak Trainer Aircraft". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  6. "Nigeria finalizes purchase of 10 Super Mushshak trainers from Pakistan". Quwa Defence News & Analysis Group. 27 iyun 2016. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  7. Warnes, Alan. "Nigeria receives first Super Mushshak". FlightGlobal. 5 dekabr 2016. 2016-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  8. "Arxivlənmiş surət". 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  9. "Qatar Signs Contract to Purchase "Super Mushshak" Trainer Aircraft from Pakistan". Qatar News Agency. 25 iyun 2016. 2016-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]