Super prezidentli respublika

Super prezidentli respublikaDövlət İdarəetmə Formasıdır ki, hakimiyyət bölgüsü prinsipi mövcuddur, lakin bu formal xarakter daşıyır. Əslində isə hakimiyyət prezident və onun nəzarəti altındakı idarəçilik institutlarının əlində cəmləşmişdir. Avtoritarizmin formalarından biridir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çox vaxt super prezidentli respublikalarda prezident hakimiyyətə hakim partiyanın (hansı ki bu partiya yeganə partiya ola bilər və ya digər partiyalar üçün konstitusiyaya zidd olan üstünlüklərdən istifadə edə bilər) lideri olaraq başçılıq edir. Üstəlik, super prezidentli respublikada prezidentin milli konstitusiyada nəzərdə tutulan fövqəladə səlahiyyətlərindən istifadəsi adi prezident respublikasına nisbətən daha genişdir.[1] Super prezidentli respublikalarda prezidentin kostitusiya üzrə səlahiyyətlərinə, qanun qüvvəsində olan fərmanların verilməsi, parlamentin buraxılması, nazirlərin və inzibati-ərazi vahidlərinin rəhbərlərinin vəzifədən azad edilməsi və s. daxildir. Ölkədə super prezidentli respublika rejiminin qurulması "Ömürlük prezidentlik" rejiminin qurulmasına və ya yeni prezidentin formal xarakterli seçkilər yolu keçmiş prezident tərəfindən təyin olunmasına gətirib çıxarar.

Super prezidentli respublikaların növləri

[redaktə | mənbəni redaktə et]

V. E. Çirkin özünün "Xarici ölkələrin konstitusiya hüququ" əsərində (1997) super prezidentli respublikaların 3 növünü qeyd etmişdir:

1. Prezidentli monokratik respublika — elə idarəetmə formasıdır ki, burada prezident yeganə səlahiyyətli partiyaya rəhbərlik edir və bu partiya rəsmi elan olunmuş məcburi ideologiyanın daşıyıcısıdır (Kvame Nkrumanın dövründə Qana, Əhməd Seku Turenin dövründə Qvineya, Mobutu Seso Sekonun dövründə Zair və s.)

2. Prezidentli hərbi respublika — elə idarəetmə formasıdır ki, dövlət başçısının hərbi çevrilişi nəticəsində yaranmışdır.

3. Sosialist ölkələrdəki prezident respublikası (Anqola, Benin, Konqo Respublikası, Mozambik) , hansı ki burada prezident ölkənin yeganə hakim partiyası tərəfindən seçilir. V. E. Çirkinə əlavə olaraq politoloq O. İ. Zaznayev bu növü prezidentli partokratik respublika adlandırmağı təklif edir .

Super prezidentli respublika rejimli ölkələr

[redaktə | mənbəni redaktə et]

Super prezidentli respublikanı Latın Amerikası ölkələrinə (əsasən XIX əsr), həmçinin bir sıra Afrika və postsovet ölkələrinə (Belarus, Türkmənistan, Azərbaycan və s.) aid etmək olar. Həmçinin Qazaxıstanın "Ak Jol" adlı müxalif partiyasının rəhbəri Altınbəy Sarsenbayev[2] (13 fevral 2006-cı ildə öldürülmüşdür) Qazaxıstanı super prezidentli respublika adlandırmışdır. Müasir Rusiyanın super prezidentli respublika olaraq göstərilməsi də geniş yayılır, bu xüsusilə də amerikan politoloqu Stiven Fişin əsərlərində özünü göstərir. 1993-cü ildə Rusiyada qurulmuş super prezidentli respublika rejimi haqqında politoloq Liliya Şevtsova da danışır

  1. Орлов А. Г. Президентские республики в Латинской Америке. — М.: Ибероамериканский центр МГИМО, . — С. 10.
  2. Ратиани Н. "У нас суперпрезидентская страна". — Известия (Москва), 24.06.2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]