Dövlət İdarəetmə Formaları

İdarəetmə formasına görə dünya ölkələri[1][2]:
     Prezident respublikası
     Yarı prezident respublikası
     Parlamentli respublika, icra hakimiyyətinin prezident və ya Federal Şura tərəfindən parlament tərəfindən seçilir
     Parlamentli respublika,
     Parlamentli monarxiya
     Dualist monarxiya
     Mütləq monarxiya
     Birpartiyalı sistem
     Hərbi diktatura

Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi[3].

Dövlət idarəetmə formaları
redaktə

Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu formasısiyasi rejim, yaxud dövlət rejimi.

İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.

border=none Əsas məqalə: Monarxiya

Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur. Parlamentli monarxiyaya tipik misal olaraq müasir Böyük Britaniyanı göstərmək olar.

border=none Əsas məqalə: Respublika

Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün seçilir və ya təşkil olunur. Respublikalar parlamentli, prezidentli və ya qarışıq ola bilər.

Parlamentli respublika

[redaktə | mənbəni redaktə et]

Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir. Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, İtaliya prezidenti (parlamentli respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin sədrlərini dinləyərək hər iki, yaxud bir palatanı buraxa bilər. Bu hal onların mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Türkiyə, Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.

Prezidentli respublika

[redaktə | mənbəni redaktə et]

Prezidentli respublika ilk növbədə onunla səciyyələnir ki, prezident dövlət başçısı və hökumət başçısı səlahiyyətlərini daşıyan ali vəzifəli şəxsdir. Dövlət başçısı xalq tərəfindən birbaşa seçilir və odur ki, onun mandatının hüquqi qüvvəsi parlamentin mandatının hüquqi qüvvəsinə bərabər olur. Belə respublikada hökumət prezidentin özü tərəfindən təşkil olunur və parlament qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət daşıyır və ona hesabat verir, yalnız prezident qarşısında istefa verir. Xalq tərəfindən seçilən prezidentin, bununla bərabər parlamenti buraxmaq hüququ yoxdur. Prezidentli respublika kimi, məsələn, Amerika Birləşmiş Ştatlarını, Azərbaycan Respublikasını göstərmək olar.

Qarışıq respublika

[redaktə | mənbəni redaktə et]

Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması mövcuddur, yəni prezidentli respublikanın əlamətləri ilə yanaşı (dövlət başçısı əhali tərəfindən seçilir, icra hakimiyyətinin başçısıdır, hökuməti təşkil edir və s.) parlamentli respublikanın (hökumət parlament qarşısında cavabdehlik daşıyır, prezident tərəfindən parlamentin vaxtından əvvəl buraxılması mümkündür və s.) əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə forması olan ölkələrə Fransanı, Rusiya Federasiyasını aid etmək olar.

Super prezidentli respublika

[redaktə | mənbəni redaktə et]

Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün idarəetmənin başqa forması - super prezidentli respublika xarakterikdir. Onun əsas əlaməti həddən artıq böyüdülmüş və mahiyyət etibarilə nəzarət edilməyən prezident hakimiyyətidir (prezident əhali tərəfindən seçilir, parlamenti buraxmaq, referendum keçirmək və s. hüququ var).

  1. Bu xəritə de-fakto olmayan, de-yure formalarını göstərir.
  2. Konstitusiya baxımından çoxpartiyalı, demokratik formalaşma prosesi olan bəzi dövlətlər, avtoritar, icra hakimiyyətinin və ya bir partiyanın üstünlüyü ilə qiymətləndirilə bilər.
  3. Чиркин В. Е. Государствоведение: Учебник / В. Е. Чиркин. — М. : Юристъ, 1999. — С. 138.