Sura (çuvaş Сăр, d.mari Шур, erz. Сура лей) — Rusiya ərazisindən axan, Volqa çayının sağ qolunu təşkil edən çay. Rusiyanın Ulyanovsk, Pemza və Nijeqorod vilayətləri, Mordoviya, Mari El və Çuvaşiya əraxilərindən keçir.
Sura çayı | |
---|---|
rus. Сура | |
Ölkə | Rusiya |
Mənsəbi | Volqa çayı |
Uzunluğu | 841 km |
Su sərfi | 260 m³/s |
Hövzəsinin sahəsi | 67500 km² |
DSR[ru] | 08010500112110000035062 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın uzunuluğu 841 km, hövzəsinin sahəsi 67,5 min. km² təşkil edir. Ulyanov vilayətinin Prilov yüksəkliklərindən başlanğıcını götürür. Əvvəlcı qərbə sonradan isə şimala irtiqamətlənir. Su təminatında istifadə edilir. Sahilində ən böyük şəhər Pemzadır. Sahillərində Sursk, Alayır, Yadrin və Şumerya kimi şəhərlər belə vardır. XVI əsrə qədər Moskva knyazlığının şərq sərhəddini təşkil edirdi.
Qidalanması qarışıqdır. Bununla belə qar suları nisbətən yüksəkdir. Gursululuq dövrü aprel-may aylarına təsadüf edir. Noyabr-dekabr ayları donur. Dondan azad olunma mart-aprel ayları baş berir. Sursk su anbarının inşasından axını sabitdir.
Hövzəsi kontinental ərazidə yerləşir. Qışı soyuq, yayı isə mülayim isti keçir. İyul ayının orta aylıq temperaturu 18-19 °С, yanvar ayının isə −11- −12 °С təşkil edir. Orta illik temperatur 4 °С, sütübət isə — 75 % təşkil edir. Qar örtüyü 15-20 noyabrdan başlayaraq 150-160 ay müddətində davam edir[1].