Suriya Kürdüstanı[1][2][3][4] və ya Rojava — Suriyanın şimal-şərq hissəsində ərəblərin, çərkəzlərin, kürdlərin, suriyalıların və türkmənlərin yaşadığı bölgədir. Yaxın Şərq coğrafiyasında, Suriya sərhədləri daxilində, kürdlərin sıx yaşadığı bölgənin hissəsini müəyyənləşdirir. PYD tərəfindən bölgədə muxtar kantonlar və daha sonra federasiya elan edildi, lakin bunların heç biri Suriya hökuməti tərəfindən tanınmamışdır.