Suriya türkmanları

Suriya türkmanlarıSuriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk cəmiyyəti.

Suriya türkmanları
Çobanbəydə Suriya Türkman Assambleyası tərəfindən qəbul olunmuş Suriya Türkmanlarının bayrağı. Göy rəng türklüyü bildirir, qırmızı - şəhidlərin qanı, ağ - insan dəyərləri.
Ümumi sayı
1 500 000[1][2]-3 500 000[3][4][5]
800.000–1.000.000 (1996)[6]
Yaşadığı ərazilər
Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra, Dəməşq
Dili

Azərbaycan dili, ərəb dili, Türk dili

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

İraq türkmanları
və digər Türk xalqları

Suriya Türkmanlarının döyüş sahəsi və müxtəlif yerlərdə istifadə etdiyi digər bayraqları.

Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniya və Fələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqlu İmperiyasının zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir.

Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır.

Suriyada milli tərkibi öyrənən əhali siyahıya alınmasının indiyədək aparılmaması bu ölkədə yaşayan etnik qrupların sayını müəyyən etməkdə çətinlik yaradır və bu səbəbdən səslənən bütün rəqəmlər müəyyən təxminlərdən ibarətdir. Suriyada ən aşağı qiymətləndirmələrə əsasən 750,000[7] maksimum isə 3,500,000[3][8] türkmənin yaşadığına dair məlumatlar mövcuddur.

  • 1906-cı ildə çap olunmuş Hələb səlnaməsinə əsasən: Hələb şəhərinin ətrafında 350 türk kəndi vardır, bu kəndlərdə və Hələb şəhərində 200,000 nəfər, Lazikyə bölgəsində 150,000 nəfər, Təlkələ ətrafında 50,000 nəfər, Qüneytrə bölgəsində 100,000 nəfər, indiki Suriya o dövrkü digər bölglərində 300,000 nəfər olmaqla təxminən 800,000 nəfər türk yaşamaqda idi. Son məlumatlara əsasən əhalisinin təxminən sayı 23,000,000 nəfərə yüksəlmiş, türklərin sayı isə 3,500,000 nəfərə qədər artmışdır. Onlardan 1,500,000 nəfəri gündəlik danışıq dili olaraq türkcədən istifadə edir və türklük şüurunu yüksək səviyyədə qorumuşdur, 2,000,000 nəfəri isə türklük süurunu qorusa da çox az türkcə bilməkdədir və ana dillərini unutma mərhələsini yaşamaqdadır.
  • 2010[8]-cu ilə olan təxminə əsasən 23,000,000[9]-luq ümumi Suriya əhalisinin 1,500,000[3][8][9] nəfəri türkcə danışan və etnik olaraq türk olan əhalidən, 2,000,000[3][8][9] nəfəri isə etnik kökən olaraq türk olan ancaq türkcəyi unutma mərhələsində olan əhalidən ibarətdir. Beləliklə 23,000,000-luq Suriya əhalisinin 3,500,000[3][8][9]-u etnik türklərdən ibarətdir. Onlardan 975,000[9] nəfəri Hələb mühafazlığında, 835,000[9] nəfəri Hims mühafazlığında, 460,000[9] nəfəri Dəməşq mühafazlığında və Dəməşq şəhərində, 385,000[9] nəfəri Lazkiyə mühafazlığında, 350,000[9] nəfəri Həma mühafazlığında, 120,000[9] nəfəri Ər-Rəqqə mühafazlığında, 75,000[9] nəfəri Dəra mühafazlığında, 50,000[9] nəfəri Tərtus mühafazlığında, 50,000[9] nəfəri Qüneytrə mühafazlığında, 25,000[9] nəfəri İdlib mühafazlığında, 175,000[9] nəfəri isə digər bölgələrdə (Əl-Həsəkə mühafazlığında, Deyr əz-Zur mühafazlığında və Əs-Süveydə mühafazlığında) yaşamaqdadır.

Hazırda Suriya türkmanları Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra mühafazlarında və Dəməşq şəhərində yaşayırlar. Lazkiyə mühafazlığında yaşan Türkmənlərə Bayır-Bucaq türkləri də deyirlər. Suriyada 523 türkmən kəndi vardır.

  • Tarixi adı Şam olaraq məşhur olan Dəməşq şəhəri və ondan ayrı yaradılmış Dəməşq mühəfazlığı 460,000 nəfərlik türkman toplumunu barındarmaqdadır. Türkmanlar əsasən Dəməşq şəhərində yaşayırlarlar. Dəməşq mühəfazlığında Bily, Rihayba, Qaldun (ərəbləşdirilmiş adı-Marah), Hatit Türkman adlarında 4 türkman kəndi yerləşir.
  • Dəməşq mühafazlığı 9 məntəqəyə ayrılır : əl-Qütəyfə , ən-Nəbk , ət-Tall , Dərəyyə , Mərkəz , Duma , Qətənə , Yabrud və Zəbədəni.
  • Dəməşq şəhərinə bəzi şərq xalqları , o cümlədən Türk xalqları da Şam şəhəri deyirlər . Türkmənlər Şam şəhərinin əl-Həcər , əl-Əsvad , əl-Tədamün və Cöbər harralarında (kvartallarında) yaşayırlar.

Hələb mühafazlığı 8 məntəqəyə ayrılır : İfrin, Əziz, Cəbəli Səmən, Əl-Bəb, Əs-Səfirə, Cərəbulus, Münbic və Əyn əl-Ərəb. Hələb şəhərinin Huyluq Türkmən harrasında (kvartalında) və mühafazlığın məntəqələrində yerləşən 350 türkmən kəndində təxminən 975,000 Türkmən yaşayır.

Hims mühafazlığı 6 məntəqəyə ayrılır : Təlkələ , Ər-Rəstan , Əl-Mühərrəm , Palmira , Əl-Qüseyir və Hims . Təlkələ məntəqəsinin əhalisinin az qala tamamını türkmənlər (70,000 nəfər) təşkil edir . Hims şəhəri əhalisinin təxminən 80%-ni (xüsusiylə şəhərin Baba Əmir Türkmən harrasında əhalinin tamamını)türkmənlər təşkil edir . Hims mühafazlığında yaşayan türkmənlər Qara Əfşar və Gəncəli Əfşar tirələri , Döğər , İnallı , Peçeneq və s. türk tayfalarına mənsubdurlar.

Lazkiyə mühəfazlığında yaşayan türkmanlar bölgənin tarixi adı ilə Bayır-Bucaq türkmanları adlandırılırlar. Bu bölgənin türkman əhalisi kökən olaraq 24 Oğuz boyundan ən çoxsaylısı olan Avşar boyunun Qaramanlı oymağına mənsubdurlar. Qaramanlı oymağı XIII əsrin 70-ci illərində bu bölgəyə yerləşmişdir.[10] Bu oymaqdan olan Avşarlar 1256-1487-ci illərdə 230 il mövcud olmuş Qaramanoğulları Bəyliyini qurmuşdular.

  • Lazkiyə mühafazlığı 4 məntəqəyə ayrılır : Lazkiyə , Əl-Həffə , Qərdəhə və Cəbəl . Mühafazlığın inzibati mərkəzi Lazkiyə şəhərinin 2 kvartalında (harrasında) və 2 məntəqəsində (Lazkiyə və Cəbəl) yerləşən 54 türkmən kəndində toplam 350,000 Türkmən məskunlaşmışdır.

Həma mühafazlığı 5 məntəqəyə ayrılır : Əs-Süqəyləbiyə , Həma , Məsyəf , Müxərdə və Səlamiyə . Türkmənlər Qara Xəlili , Tulluf , Hazzur , Huvvır əl-Türkman , Bıt Natır , Xırmıl və s. türkmən kəndlərində yaşayırlar.

Qüneytrə mühafazlığı 2 məntəqəyə ayrılır: Qünyetrə və Fiq . Hafr, al-Qədiriyyə , Kafr Nafah, Zabya, al-Rəzzaniyyə, Əhmədiyyə, Huseynıyye, ayn Kura, ayn sümsüm, ayn alak, üleyka, ayn ayşa və s. kimi türkmən kəndlərində təxminən 50,000 türkmən yaşayır.

Dəra mühafazlığı 3 məntəqəyə ayrılır : Dəra , İzra və əz-Sənamain .Türkmanlar mühafazlığın inzibati mərkəzi Dəra şəhərində , Busra, Mərba , Burak və s. türkmən kəndlərində məskunlaşıblar.

  1. 3. Syria, 2011: Convoluted loyalties, a chaotic insurgency, and the revival of the caliphate, page 168. // Al Qaeda’s Global Crisis: The Islamic State, Takfir and the Genocide of Muslims Arxivləşdirilib 2015-11-21 at the Wayback Machine. Author: V. G. Julie Rajan. Contemporary Terrorism Studies. New York: Routledge, 2015, 366 pages. ISBN 9781317645382
  2. Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK) :Suriye Kürtleri: Siyasi Etkisizlik ve Suriye Devleti’nin Politikaları Arxivləşdirilib 2015-07-14 at the Wayback Machine-Mehmet Şandır, ‘Suriye Türklüğü’, Türk Yurdu, Cilt 18, Sayı 133 (1998), s. 7-8.
  3. 1 2 3 4 5 Ortadoğu Stratejik Araştırmalar Merkezi :Suriye Türkmenleri (Orsam)--Hasan Kanbolat, ORSAM Başkanı
  4. Ortadoğu Stratejik Araştırmalar Merkezi (ORSAM) :Suriye’de Değişimin Gündeme Taşıdığı Toplum: Suriye Türkmenleri Arxivləşdirilib 2012-12-24 at the Wayback Machine
  5. "Syrian Turkmens Describing ISIS — www.turkomania.org". 2015-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2015..
  6. Nahost-Informationsdienst (ISSN: 0949–1856): Presseausschnitte zu Politik, Wirtschaft und Gesellschaft in Nordafrika und dem Nahen und Mittleren Osten. Autors: Deutsches Orient–Institut; Deutsches Übersee–Institut. Hamburg: Deutsches Orient–Institut, 1996, seite 33.
  7. Nazif Öztürk, ‘Suriye Türkleri ve Türkiye Suriye İlişkileri’, Yeni Türkiye, Cilt 3, Sayı 16 (1997), ss. 1679.
  8. 1 2 3 4 5 Irak Türkleri ilgili güncel haberlerin adresi--Biz Türkmeniz :SURİYE TÜRKMENLERİ[ölü keçid]--yazar Ali ÖZTÜRKMEN; yayınlanma tarihi 27.12.2011
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Sabah Gazetesi Haberleri (Sabah.com.tr) :Suriye Türkmenleri Arxivləşdirilib 2021-06-23 at the Wayback Machine--yazar Hasan Celal Güzel; yayınlanma tarihi 19 şubat 2012.
  10. Türkiye'nin en büyük belge ve döküman paylaşım sitesi - Belgeler.com :Karamanoğulları Beyliği Makalesi Arxivləşdirilib 2012-06-03 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]