Suriya Prezidenti — Suriya Ərəb Respublikasının lideri. Vəzifəni 17 iyul 2000-ci ildən Hafiz Əsədin oğlu Bəşşar əl-Əsəd icra edir.
Prezidentlik | |
---|---|
رئيس سوريا | |
Vəzifədədir Bəşşar əl-Əsəd (17 iyul, 2000 - hal-hazırda) | |
Başçılıq edir | Suriya |
Rəsmi iqamətgahı | Xalq Sarayı və Tişrin sarayı, Dəməşq |
Səlahiyyət müddəti | 7 il |
Vəzifənin təsis tarixi | 17 aprel 1946 |
Vəzifədə birinci | Şükri əl-Qüvvətli |
Vikianbarda əlaqəli mediafayllar |
Suriya konstitusiyasının 84-cü və 85-ci maddələrinə əsasən, Respublika Prezidenti vəzifəsinə namizəd:
31 yanvar 1973-cü ildə Hafiz Əsəd milli böhrana səbəb olan yeni Konstitusiyanı tətbiq etdi. Əvvəlki konstitusiyalardan fərqli olaraq, bu, Suriya prezidentinin müsəlman olmağını tələb etməmiş, Həma, Hüms və Hələbdə Müsəlman Qardaşlar və üləmanın təşkil etdiyi şiddətli nümayişlərə səbəb olmuşdur. Onlar Əsədi "Allahın düşməni" kimi etiketlədilər və onun hakimiyyətinə qarşı bir cihad kimi çağırdılar.