Bəşşar əl-Əsəd

Bəşər Əsəd[4][5][6] (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[2][3][…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur.

Bəşər Əsəd
ərəb. بشار الأسد
Bəşər Əsəd. 2022-ci il.
Bəşər Əsəd. 2022-ci il.
Vəzifədədir
17 iyul 2000-ci ildən
ƏvvəlkiHafiz Əsəd
Ərəb Sosialist Baas Partiyası Suriya Bölgəsi Regional Komandanlığının regional katibi
Vəzifədədir
24 iyun 2000-ci ildən
ƏvvəlkiHafiz Əsəd
Şəxsi məlumatlar
Doğum tarixi 11 sentyabr 1965(1965-09-11)[2][3][…] (59 yaş)
Doğum yeri
Partiya Bəəs Partiyası
Təhsili Dəməşq Universiteti (1988)
Homs Hərbi Akademiyası
Fəaliyyəti dövlət xadimi, oftalmoloq, hərbi lider[d], siyasətçi, hərbi həkim
Atası Hafiz Əsəd
Anası Ənisə Məxluf
Həyat yoldaşları Əsma Əsəd
(e. 2000)
Uşağı
  • Hafiz (d. 2001)[1]
  • Zeyn (d. 2003)
  • Kərim (d. 2004)
Dini Nüseyrilər
Hərbi xidmət
Xidmət illəri 1988-ci ildən indiyədək
Mənsubiyyəti  Suriya
Qoşun növü Respublika Qvardiyası (2000-ci ilə qədər)
Rəhbərlik edib Suriya Silahlı Qüvvələri
Döyüşlər Suriyada vətəndaş müharibəsi
Rütbəsi Marşal

Təltifləri "Dostluq" ordeni "Fəxri legion" ordeninin Böyük xaçı Grand Collar of the Order of the Southern Cross Cənubi Xaç ordeni 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni Grand Cross with Collar of the Order of the White Rose of Finland Finlandiyanın "Ağ qızılgül" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeni Knight Grand Cross with Collar of the Order of Merit of the Italian Republic Sacred Military Constantinian Order of Saint George Royal Order of Francis I "Şərəf və Şöhrət" ordeni "Uasamonqa" ordeni "Xilaskar" ordeni Grand Cordon of the National Order of the Cedar‎ "Kral Əbdüləziz" ordeni Order of Umayyad "Zaid" ordeni Order of Civil Merit (Syria) Order of Military Merit (Syria) Order of bravery Devotion Order medal "For training" Kedra milli ordeni I dərəcəli "Şərəf və Şöhrət" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd[7][8][9] kimi qeyd olunur.

Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir. Dəməşqdəki fransız-ərəb təmayüllü "əl-Hürriyyə" liseyində orta təhsilini bitirən Əsəd, daha sonra Dəməşq Universitetinin Oftalmologiya fakültəsinə daxil olur. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxı Londona gedir və burada Qərb Göz Hospitalında təcrübə keçir.

1994-cü ildə atası Hafiz Əsəddən sonra prezidentlik postuna varis hesab edilən böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həyatını itirməsindən sonra, Əsəd Suriyaya çağırılır. Suriyaya qayıdan Əsəd elə həmin il (1994) Homs Hərbi Akademiyasına qəbul edilir. 1999-cu ildə isə o, artıq polkovnik rütbəsi almış hərbçi idi və diplomatik vəzifə tuturdu. 2000-ci ildə isə hakim Baas partiyasının sədri vəzifəsinə seçilir.

2000-ci ildə Hafiz Əsədin vəfat etməsindən sonra, prezident səlahiyyətlərini müvəqqəti olaraq Əbdülhəlim Xəddam icra edir. Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaş ilə dəyişməsindən sonra Bəşər Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti seçilir. 2006-cı il iyun ayının 11-də isə o Suriya Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsini də icra etməyə başlayır.

Prezident seçilənədək, onun Suriya ictimaiyyətindəki rolu Suriya Kompüter Cəmiyyətinin sədri olması və 2001-ci ildə ölkəyə interneti gətirməsidir. Daxili siyasətdə müəyyən "yumşaqlığı" ilə atasından fərqlənir.

Prezident seçildikdən sonra demokratiyanı Suriyada həyatın daha da yaxşılaşdırılması üçün vasitə hesab etdiyini bildirir. Belə ki, Əsəd prezident vəzifələrini icra etməyə başladığı zaman dərhal Mezze həbsxanasını bağlayaraq, yüzlərlə siyasi məhbusu sərbəst buraxır.

Əsədin iqtisadi islahatları çərçivəsində özəl sahibkarlığın, xüsusilə də bank sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır, eləcə də Avropa İttifaqı ilə azad ticarət assosiasiyalarının qurulmasına dair razılıq əldə olunduqdan sonra neft sahəsinə xarici sərmayənin cəlbi sürətlənir.

2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu Əsma Əsəd ilə evlənir. Cütlüyün 3 övladı var.

Ölkəsinin İsraillə münasibətləri xüsusunda atasının izlədiyi siyasi kursu davam etdirən oğul Əsəd müxtəlif beynəlxalq konfranslardakı çıxışında İsrail və ABŞ əleyhinə çıxışları ilə diqqəti cəlb edir və bununla da digər ərəb ölkələrindən fərqli mövqe nümayiş etdirir.

Suriya 2003-cü ildə İraqın işğalınadək BMT Təhlükəsizlik Şurasının Səddam Hüseyn rejimini silahla təchiz etməmək paktına qoşulan ölkələr arasında qalır. İraqın ABŞ və koalisiya qüvvələri tərəfindən işğalından bir qədər əvvəl isə beynəlxalq qurumlarda gedən danışıqlarda iştirak edən Əsəd qonşu ölkənin işğalının əleyhinə olduğunu bəyan edir. BMT TŞ-da çıxış edən Əsəd Qərbi İraqı işğal fikrindən daşındırmağa çalışsa da buna nail ola bilmir. İraqın işğal edilməsindən sonra ABŞ Əsədi müharibədən sonrakı İraqda terrora dəstək verməkdə ittiham edir. Bundan sonra ABŞ, Avropa İttifaqı, İsrail və Fransa Suriyanı Fələstinin HƏMAS və İslami Cihad hərəkatlarına, eləcə də Livanın Hizbullah hərəkatına maddi-texniki və hərbi dəstək göstərməkdə ittiham edir.

ABŞ-də baş verən "11 sentyabr" hadisələrindən sonra ABŞ-Suriya münasibətləri gərginləşir və Birləşmiş Ştatlar Suriyanı terroru dəstəkləməkdə ittiham edir. İki ölkə arasındakı münasibətlər Livanın Baş naziri Rafiq Həririnin sui-qəs nəticəsində öldürülməsindən sonra daha da pisləşir. BMT Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsindən sonra isə Suriya əsgərlərini Livandan çıxarılması tələbini müsbət cavablandırır. 2005-ci ildə Əsəd Suriya hərbi kontingentinin Livandan çıxarılmasına razılıq verərək, bu məsələdə hətta Livanın keçmiş Baş naziri Rəfiq Həririnin ölümündə Suriya kəşfiyyat orqanlarının əli olmasından şübhələnən BMT müşahidəçiləri ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edir. Ərəb dünyasında isə o, bir çox ərəb ölkələri ilə, xüsusilə Səudiyyə Ərəbistanı və Fələstin Azadlıq Təşkilatı ilə əlaqələrini davam etdirir.

2005-ci ildə Papa II İohan Pavelin dəfnində iştirak edən Əsəd burada İsrail prezidenti Moşe Katsavla görüşür.

2007-ci il may ayının 27-də Bəşşar Əsəd növbəti 7 il müddətində Suriyanın prezidenti seçilib. Başqa namizədlərin iştirak etmədiyi seçkilərdə o, səslərin 97,6%-ni toplayır.

2008-ci ildə Bəşşar Əsəd Türkiyənin vasitəçiliyi ilə Qolan təpələrinə dair İsraillə müzakirələrin aparılmasına razılıq verir.

2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi xarakterizə edən Əsəd bu siyasətinə görə Qərbin onu devirmək cəhdlərindən çəkinmədiyini bəyan edir.

  1. "¿Quién es el presidente de Siria Bashar al Assad?" [Who is the Syrian President Bashar al-Assad?]. CNN en Español (Spanish). 10 April 2017. 13 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2017.
  2. 1 2 Baschar al- Assad // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bachar el-Assad // Roglo. 1997.
  4. "Bəşər Əsəd: "Bütün Suriyanı geri alacağıq"". 2016-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.
  5. "Əsədlər ailəsi: kimdir onlar? – PORTRET –". 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.
  6. "Bəşər Əsəd: "Ərdoğan manyakdır"". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.
  7. "Suriya Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Bəşşar əl-Əsədə". 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.
  8. "Suriya Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Bəşşar Əl-Əsədə". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.
  9. "İlham Əliyev Suriyanın neft və mineral ehtiyatlar nazirini qəbul etmişdir". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]