Suriya mühafəzələri

Suriyanın mühafəzələri və mühafəzə sərhədləri
  İdlib
  Həma
  Hüms
  Dəra

Suriya mühafəzələri (ərəb. محافظات سوريا‎) — Suriya Ərəb Respublikasının birinci dərəcəli inzibati vahidi. Suriya unitar bir dövləttir, lakin inzibati səbəblərə görə ölkə 14 mühafəzəyə (ərəb. محافظة‎) bölünür. Bu mühafəzələr 60 rayona (ərəb. منطقة‎; mıntıka), bu rayonlar isə ölkənin ən kiçik inzibati vahidi – 206 nahiyəyə (ərəb. ناحية‎) bölünmüşdür.

Hər bir mühafəzəyə Nazirlər Kabinetinin təsdiqi ilə prezident tərəfindən təyin edilən valilər rəhbərlik edir. Vali mühafəzədə idarəetmə, səhiyyə, sosial servislər, təhsil, turizm, ictimai işlər, nəqliyyat, daxili ticarət, kənd təsərrüfatı, sənaye, mülki müdafiə və son olaraq qanun və qaydanın qorunub saxlanılmasından məsuldur. Yerli İdarəetmə Naziri yerli inkişaf layihələrinə nəzarət etmək üçün valilər ilə yaxından işləyirlər. Mühafəzə valisi üzvlərinin 4-illik xidmət üçün əksəriyyət tərəfindən seçilən Əyalət Şurası ilə də yaxından fəaliyyət göstərir.

Rayonlar və nahiyələr vali tərəfindən təyin edilən məmurlar tərəfindən idarə edilir. Bu məmurlar xalq tərəfindən seçilmiş rayon şuraları ilə yerli məsələlər üzrə işləyir və mərkəzi hökümətlə kənd rəisləri, ağsaqqallar şuraları, dini rəhbərlər kimi ənənəvi yerli liderlər arasında vasitəçi qurum olaraq fəaliyyət göstərirlər.

Mühafəzə adı Ərazi
(km²)
Əhali
(2010)
Əhali sıxlığı
(km²)
Rayonların sayı Şəkil Xəritədə yeri
Hələb mühafəzəsi 18,500 4,600,166 248.65 8
Ər-Rəqqə mühafəzəsi 19,616 919,000 46.84 3
Əs-Süveyda mühafəzəsi 5,550 364,000 65.58 3
Dəməşq mühafəzəsi 1,599 2,211,042 18,273.07 1
Dəra mühafəzəsi 3,730 998,000 267.65 3
Deyr əz-Zövr mühafəzəsi 33,060 1,200,500 36.31 3
Həma mühafəzəsi 8,883 1,593,000 179.33 5
Əl-Həsəkə mühafəzəsi 23,334 1,272,702 55.54 4
Hüms mühafəzəsi 42,223 1,762,500 41.74 6
İdlib mühafəzəsi 6,097 1,464,000 240.11 5
Əl-Laziqiyyə mühafəzəsi 2,297 1,278,486 556.58 4
Əl-Qüneytirə mühafəzəsi 1,861 87,000 46.74 2
Dəməşq mühafəzəsi 18,032 2,831,738 157.03 9
Tərtus mühafəzəsi 1,892 785,000 414.90 5

Aşağıda verilən xəritədə Suriyanın mühafəzələri göstərilmişdir:

Suriya Ərəb Respublikası Baş Nazir Ofisi
Mühafəzə 2004[1][2] s.a. 2009[3] r.t. 2011[4] r.t.
Hələb mühafəzəsi 4,045,166 4,507,000 4,868,000
Dəməşq mühafəzəsi 2,273,074 2,570,000 2,836,000
Dəməşq şəhəri 1,552,161 1,690,000 1,754,000
Hüms mühafəzəsi 1,529,402 1,686,000 1,803,000
Həma mühafəzəsi 1,384,953 1,524,000 1,628,000
Əl-Həsəkə mühafəzəsi 1,275,118 1,409,000 1,512,000
İdlib mühafəzəsi 1,258,427 1,393,000 1,501,000
Deyr əz-Zövr mühafəzəsi 1,004,747 1,128,000 1,239,000
Əl-Laziqiyyə mühafəzəsi 879,551 959,000 1,008,000
Dəra mühafəzəsi 701,395 943,000 1,027,000
Ər-Rəqqə mühafəzəsi 793,514 876,000 944,000
Tərtus mühafəzəsi 843,478 762,000 797,000
Əs-Süveyda mühafəzəsi 313,231 352,000 370,000
Əl-Qüneytirə mühafəzəsi 66,627 81,000 90,000
Ümumi əhali 17,920,844 19,880,000 21,377,000
  1. Syrian Arab Republic Office Of Prime Minister - Central Bureau Of Statistics :نتائج تعداد السكان والمساآن لعام ٢٠٠٤ على مستوى المحافظات Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine
  2. Syrian Arab Republic Office Of Prime Minister - Central Bureau Of Statistics :2004-census results Arxivləşdirilib 2009-08-09 at the Wayback Machine
  3. Syrian Arab Republic Office Of Prime Minister - Central Bureau Of Statistics :Estimates of Population actually living in Syria in 1/1/2009 by Mohafazat and sex---or---*تقدير عدد السكان المتواجدين داخل والجنس (بالألف)القطر في 2009/1/1 حسب المحافظات Arxivləşdirilib 2011-07-25 at the Wayback Machine: The number doesn’t include syrian population abroad
  4. Syrian Arab Republic Office Of Prime Minister - Central Bureau Of Statistics :Estimates of Population actually living in Syria by governorate and sex (000) * on 31/12/2011, Table 3/2---or---تقدير عدد السكان المتواجدين في سورية حسب المحافظة والجنس (بالألف)* في31 / 12 / 2011 Arxivləşdirilib 2012-07-12 at Archive.today: The number doesn’t include syrian population abroad

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]