Suriyada "Müsəlman Qardaşlığı" (ərəb. الإخوان المسلمون في سوريا) — "Müsəlman Qardaşlığı" təşkilatının Suriya qolu. "Müsəlman Qardaşlığı"nın Suriya qolu təşkilatın Misirdən kənarda qurulan ilk qoludur.[1]
Müsəlman Qardaşlar | |
---|---|
Quruluş tarixi | 1945 |
Baş qərargah | |
İdeologiya | islamçılıq, panislamizm |
İdeoloji spektr | sağçılıq |
Saytı | ikhwansyria.com |
1950-ci illərdə hərəkatın nümayəndələri Suriya hakimiyyətinə müxalifət olaraq qalaraq parlamentdə yer də qazanmışdılar.[2] "Müsəlman Qardaşlığı"nın Suriya qolu 1970-ci illərin ortalarından əhəmiyyətli dərəcədə radikallaşmışdır. Hərəkatın 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində hökumət qüvvələrinə və təşkilatlarına qarşı bir sıra hücumlara görə məsuliyyət daşıdığı qeyd edilmişdir.[3]
1982-ci ilin fevralında "Müsəlman Qardaşlığı" Həmada böyük qiyam təşkil etmişdir.[4] Üsyan prezident Əsədin qardaşı Rifatın komandanlığı altında 8 minlik ordu tərəfindən hava qüvvələri və tank bölmələrinin dəstəyi ilə yatırılmışdır. Bu hadisə Həma qırğını olaraq bilinir. Müxtəlif mənbələrə görə silahlı toqquşmalar zamanı 3 mindən 20 minə qədər insan həlak olmuşdur.[5]
Qiyamın hökumət qoşunları tərəfindən yatırılmasından sonra terrorçuların fəaliyyəti puça çıxmışdır. 1985-ci ildə Adnan Okla və dəstəsinin qalıqları hakimiyyətə təslim olmuşdur. Hərəkatın əsas simaları ölkədən qaçmışdır.[6]