Surtsey (isl. Surtsey) — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordinatlarında yerləşən ada İslandiyanın ən cənub torpaq parçasıdır.
Surtsey adası | |
---|---|
isl. Surtsey | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 1,4 km |
Hündür nöqtəsi | 154 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
63°18′10″ şm. e. 20°36′07″ q. u.HGYO | |
Ölkə | İslandiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada yaradan sualtı vulkan püskürməsindən 1 həftə əvvəl Reykyavikdə bir müşahidəçi kiçik tərpəntilər qeydə allr. İki gün öncə isə dənizin temperaturunun qalxdığl məlum oldu. Həmçinin İslandiyanın 80 km uzaqlığında olan Vik ada-kəndindəin sakinləri hidrogen-sulfat qoxusu almışdılar.
14 noyabr 1963-cü ildə yerli vaxtla 07:15-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman gördü. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşündü və buna görə gəmini ora sürdü. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşıldı.
Ada vulkanın təsiri ilə okeanın 130 m dərinliyində üzə çıxmaya başladı. yeni ada 500 metr genişliyində, 45 m yüksəkliyində idi. Adaya İslandiya miflərində vulkan divi olan Surturun şərəfinə "Surturun adası" mənasını verən "Surtsey" adı verildi. 20 noyabrda adanın ölçüləri 900×655 m idi. Püskürmələr davam edirdi. 1967-ci ilin 5 iyununda püskürmələr dayananada adanın sahəsi 2,7 km2 , yüksəkliyi 174 m idi. Surtseyin şimalında isə "Nourtangi" adı verilən qum təpəciyi əmələ gəlmişdir.
Püskürmələr nəticəsində 1965-ci ilin 28 mayında Surtseyin 600 m şimalında Sirlinqur adlandırılan ada üzə çıxır və bu adada püskürmələr 1965-ci ilin oktyabrina qədər davam etdi. 150 metr genişliyində idi, lakin 1965-ci ilin 24 oktyabrında ada suya qərq oldu.
Vulkanın yaratdığı digər ada 1965-c ilin dekabrında Surtseyin 900 m cənub-qərbində ortaya çıxan Youlnir adası idi. Youlnir 7 ay içində 300 m2 sahəyə və 70 metr yüksəkliyə çatır. 8 avqust 1966-cı ildə püskürmənin dayanması ilə ada 1966-cı ilin oktyabrında suya qərq olur.
Ada yaranda 6 noyabr 1963-cü ildə bura "Paris Match" jurnalının 3 fransız jurnalisti gəldi. Püskürmələr davam etdiyindən onlar adada sadəcə 15 dəqiqə ola bildilər və adada Fransa hakimiyyətini elan etdilər. Lakin İslandiya hökuməti adanın onlara aid olduğunu bildirdi və məsələ bağlandı.
Surtsey adası 1965-ci ildə qoruq elan edildi. Bu zamana qədər adada yalnız 100 nəfərə qədər insan ola bilib. 2008-ci ildə isə Surtsey adası YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Adada ilk bitkilər 1965-ci ildə aşkarlanan adi su yosunları idi.1963–1983 illəri arasında burada 20 bitki növü aşkarlanmışdı(6-sı qumluqda). 1998-ci ildə burada Çayyarpaqlı söyüd tapılmışdı. Hazırda adada 60 növ bitki tapılmış, 30-u ekosistemin parçası olmuşdur.
Adada ilk quşlar 1966-cı ildə görülən fulmarlar və dalğıc qağayıları olmuşdur. İndi adada 13 quş növü çoxalır. Onlardan 8-i adanın daimi sakinləridir.
№ | İlk çoxaldığı il | Növ |
---|---|---|
1 | 1970 | Qara dalğıc qağayısı |
2 | 1970 | Şimal fulmarı |
3 | 1974 | Böyük qarakürəkli qağayı |
4 | 1975 | Qaraayaqlı qağayı |
5 | 1975 | Şimal sumrusu |
6 | 1981 | Şimal gümüş qağayısı |
7 | 1985 | Qarakürək qağayı |
8 | 1993 | Qütb qağayısı |
9 | 1996 | Qar albalı quşu |
10 | 2002 | Ağ quyruqsallayan |
11 | 2002 | Boz qaz |
12 | 2002 | Çayır əncir quşu |
13 | 2004 | Bayağı dəniz tutuquşusu |