Surxay xan Qazıqumuxlu (1680, Qumuq – 1748, Qumuq) — XVIII əsrdə yaşamış Dağıstan feodalı.
Surxay xan Qazıqumuxlu | |
---|---|
1700 – 1741 | |
Əvvəlki | II Əlibəy |
Sonrakı | Murtazəli xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazıqumuq |
Vəfat tarixi | |
Vəfat yeri | Qazıqumuq |
Atası | Gəray bəy |
Uşaqları |
Məhəmməd Murtazəli |
Dini | sünni islam |
Surxay xan əhalinin şah üsul-idarəsinə qarşı narazılığından istifadə edib Dağıstanın cənubunda və Şirvanda hakimiyyəti ələ keçirməyə çalşırdı. Müşkürlü Hacı Davud və bir sıra feodallarla ittifaq yaradan Surxay xan Qazıqumuxlu 1721-1728-ci illərdə bir neçə dəfə Bakı, Gəncə, Quba və Niyazabada müvəffəqiyyətsiz hücumlar etdi. 1721-ci ildə Şamaxı Surxay xan Qazıqumuxlu və müttəfiqləri tərəfindən qarət olundu. 1734-cü ildə Nadir şahla döyüşdə məğlubiyyətə uğrayan Surxay xan Qazıqumuxlu Dağıstana çəkildi.[1]