Susuzluq içməli mayelərə olan güclü ehtiyactdır, onun nəticəsində heyvanların içmək üçün əsas instinkti yaranır[1]. Maye balansında iştirak edən vacib bir mexanizmdir. Bu, maye çatışmazlığı və ya natrium kimi müəyyən osmolitlərin konsentrasiyasının artması nəticəsində yaranır. Bədənin suyun həcmi müəyyən bir həddən aşağı düşərsə və ya osmolit konsentrasiyası çox yüksək olarsa, beyindəki strukturlar qan tərkiblərindəki dəyişiklikləri aşkar edir və susuzluğu bildirir[2].