Suxoy Su-2 (rus. Сухой Су-2), Suxoy tərəfindən istehsal olunan SSRİ mənşəli kəşfiyyat təyyarəsi və yüngül bombardmançı təyyarədir. Təyyarə 1930-cu illərin sonlarında Andrey Tupolev və Pavel Suxoy tərəfindən yaradılmışdır. Suxoy Su-2 təyyarəsi Pavel Suxoyun konstruktoru olduğu ilk təyyarədir. 1939-cu ilin dekabr ayından SSRİ Silahlı Qüvvələri arsenalına qəbul edilmişdir.
Suxoy Su-2 | |
---|---|
İstehsalçı | Suxoy[d] |
İlk uçuş | 25 avqust 1937 |
İstismara verilmə tarixi | yanvar 1941[1] |
İstimarının bitmə tarixi | 1944 |
İstismarçılar |
|
Buraxılış sayı | 893 |
Vikianbarda əlaqəli mediafayllar |
6 ədəd 7.62 mm-lik ŞKAS pulemyotu
10 ədəd RS-82 roketi
8 ədəd RS-132 roketi
600 kq ağırlığında bomba