Suzan Kollins

Suzan Kollins (ing. Suzanne Collins; d.10 avqust 1962[3], ABŞ, Konnektikut ş., Hartford) — Amerikalı televiziya senaristi və roman yazıçısıdır. "The New York Times" ın ən çox satılan "Yeraltı Salnamələr və Aclıq Oyunları" trilogiyasının müəllifi kimi tanınır. Onun ən tanınan əsəri "Aclıq Oyunları"dır. Bu kitab "Aclıq Oyunları" (2008), "Atəşi tutmaq" (2009) və "Rişxənd quşu" (2010) seriyalarından ibarətdir.

Suzan Kollins
ing. Suzanne Collins
Doğum tarixi 10 avqust 1962(1962-08-10)[1][2][…] (62 yaş)
Doğum yeri
Uşağı 2
Təhsili
Fəaliyyəti yazıçı, romançı, ssenarist, fantastika yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı, icraçı prodüser[d], jurnalist, television writer[d]
Fəaliyyət illəri 2003-cü ildən
İmza
suzannecollinsbooks.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suzan Kollins 10 avqust 1962-ci ildə Konnektikut ştatının Hartford şəhərində, 1932-ci il təvəllüdlü Ceyn Bredi Kollins və 1931-ci il təvəllüdlü leytenan Maykl Con Kolllinsin ailəsində anadan olmuşdu.[4] Atası Vyetnam müharibəsində Hərbi Hava Qüvvələrində xidmət etmiş, bir sıra mükafatlara layiq görülmüş zabit olmuşdur.. Bir əssgərin qızı olduğu üçün ailəsi ilə birlikdə daim bir yerdən başqa yerə köçmək məcburiyyətində qaldı. Uşaqlığını Amerikanın şərqində keçirən[5] Suzan Alabama universitetinin "Təsviri Sənət" fakültəsini oxuyaraq burada teatr sənəti üzrə mütəxəssisə çevrildi.[6] Daha sonra 1985-ci ildə İndiana Universiteti teatr və ünsiyyət ixtisasları üzrə oxuyaraq məzun oldu.[7][8][9]

Suzan Konllins həyat yoldaşı və iki uşağı ilə Konnektikutda yaşayır. Dini Katolisizm cərəyanına mənsubdur.

Kollinsin karyerası 1991-ci ildə uşaqlar üçün televiziya şousu yazmaqla başladı.[10] Nickelodeonda içlərində "Klaraissa hər şeyi izah edir", "Şelbi çeşəsinin əsrarəngiz mişarları", "Balaca Ayı" və "Osvald" kimi cizgifilmlərinin də daxil olduğu bir çox televiziya şoularında çalışdı. Eyni zamanada "Kliffordun kukla günləri" şousunda da baş redaktor olaraq fəaliyyət göstərdi. "Santa Baby"nin milad bayramına özəl bölümü olan animasiyada köməkçi redaktor olaraq çalışdı və buna görə Amerika Yazıçılar Birliyinin mükafatına layiq görüldü. Daha sonra o uşaqlar üçün kitab yazmağa başladı.[11]

İlk kitabı "Yeraltı səlnamələr" "The New York Times" jurnalının ən çox satılan kitablar siyahısına daxil oldu. 2003–2007 illəri arasında "Yeraltı Gündəliklər" Seriyası altında 5 kitab yazdı. Bu müddət ərzində o, Mayk Lester tərəfindən təsvir olunmuş "Çarli McButton gücünü itirəndə" kitabını da nəşr etdi. 2008-ci ildə Skolastik nəşriyyatı tərəfindən ilk kitabı olan "Aclıq oyunları" nəşr edildi.[12] Kollins kitabı yazarkən qismən Antik Yunan əfsanəsi olan "Theseus and the Minotaur"dan təsirlənmişdi. Digər ilham mənbəyi isə ona aclıq, yoxsulluq və müharibənin təsirlərini anlamağa imkan verən atasının Hava Qüvvələrində çalışması idi. Kitabın ikinci seriyası olan "Atəşi tutmaq" 2009-cu ildə, üçüncü kitabı "Rişxənd quşu" isə 24 avqust 2010-cu ildə nəşr edilmişdir.[13]14 ay ərzində kitabın birinci seriyası təkcə Şimali Amerikada 1.4 milyon nüsxə satıldı. "Aclıq Oyunları" ardıcıl 60 həftə ərzində New York Times-ın ən yaxşı siyahısında qalmağı bacardı.[14]Lionsgate kino şirkəti kitabın dünya miqyasındakı nəşr hüququnu aldı. Nina Jacabson-a məxsus olan "Color Force" şirkəti tərəfindən satın alındı.[15][16] Kollins filmin ssnearisini özü hazırlamışdı. Qeri Ros tərəfindən yönəldilən film Türkiyədə 23 mart 2012-ci ildə nümayiş olundu. Filmdəki əsas personajlardan biri olan Katniss Everden[17] obrazını Cennifer Lourens ifa etmişdi. Coş Hateson Peta Melark xarakterini, Liam Hemsvort isə Qeyl Hotorn xarakterini canlandırmışdı.[18]

2008-ci ildə nəşr olunan roman "Aclıq oyunları" və 2012-ci ildə numayiş olunan film "Battle royale" romanına bərzərliyi ilə tənqid olunmuşdu. Kollins kitabı nəşr olunana qədər digər kitabdan xəbərsiz olduğunu söyləyib "Battle Royale" romanının yazıçısı Takami tərəfdarlarına təşəkkür edərək belə demişdi:

" Hər bir kitabın öyrədəcək bir şeyi vardır və əgər oxucular bir kitabın içində dəyərli nəsə tapırlarsa, bu, müəlifin istədiyi hər şeydir. "

"Aclıq Oyunları"nın populyarlığı nəticəsində Kolllins Time jurnalı tərəfindən 2010-cu ilin nüfuzlu adamı seçildi.[19] 2012-ci ilin mart ayında Amazon.com Kollinsin bütün zamanların ən çox satılan kitab müəllifi olduğunu elan etmişdir.[20][21]

Yeraltı səlnamələr kitabı
  • Gregor the Overlander;
  • Gregor and the Prophecy of Bane;
  • Gregor and the Curse of the Warmbloods;
  • Gregor and the Marks of Secret;
  • Gregor and the Code of Claw.
Aclıq oyunları kitabı
  • "Aclıq Oyunları";
  • "Atəşi tutmaq";
  • "Rişxənd quşu"
Digər kitabları
  • Yanğın sübutu: Şelbi meşəsi;
  • Çarli McButton gücünü itirəndə;
  • Cunqli ili

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Suzanne Collins // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. Cunningham J. M. Suzanne Collins // Encyclopædia Britannica (ing.).
  3. Armitstead, Claire. "Suzanne Collins: Hunger Games author who found rich pickings in dystopia". The Guardian. April 27, 2012. May 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2018.
  4. Llanas, Sheila Griffin. How to Analyze the Works of Suzanne Collins. ABDO. August 1, 2012. səh. 13. ISBN 9781614789574. March 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2018.
  5. Collins, Suzanne. "A Conversation with Suzanne Collins, Q & A." (PDF). Scholastic. September 4, 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: February 9, 2010.
  6. Harvey, Alec. "Did you know 'Hunger Games' author Suzanne Collins has an Alabama connection". Birmingham News. March 23, 2010. June 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2012.
  7. "Suzanne Collins Interview by Deborah Hopkinson on BookPage". BookPage. September 2012. January 2, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 15, 2009.
  8. "'Hunger Games' author Suzanne Collins graduated from IU". Indiana University. March 22, 2017. February 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 25, 2013.
  9. "Suzanne Collins". biography.com. A&E Networks. April 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2013.
  10. "Biography". www.suzannecollinsbooks.com. March 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2008.
  11. "Suzanne Collins Biography". Scholastic. March 7, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 14, 2008.
  12. Collins, Suzanne. "Planning the Trilogy". Scholastic Canada (Interview: Video). February 12, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 14, 2008.
  13. Staskiewicz, Keith. "Final 'Hunger Games' novel has been given a title and a cover". Entertainment Weekly. February 11, 2010. October 10, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 11, 2010.
  14. Collins, Suzanne. "Suzanne Collins's Third Book in The Hunger Games Trilogy to be Published on August 24, 2010". Scholastic. August 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 9, 2010.
  15. Sellers, John A. "Hungry? The Latest on 'The Hunger Games'". Publishers Weekly. March 12, 2009. June 2, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 14, 2009.
  16. Fernandez, Jay A.; Kit, Borys. "Lionsgate picks up 'Hunger Games'". The Hollywood Reporter. March 17, 2009. March 22, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 18, 2009.
  17. Weinstein, Joshua L. "Jennifer Lawrence Gets Lead Role in 'The Hunger Games'" Arxivləşdirilib 2013-05-24 at the Wayback Machine, TheWrap.com. March 16, 2011. Retrieved March 17, 2011.
  18. "Hunger Games Peeta and Gale Casting". HungerGamesfan.com. July 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 9, 2011.
  19. Skurnick, Lizzie. "The 2010 Time 100: Suzanne Collins". Time. April 29, 2010. July 2, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 2, 2010.
  20. "Hungry for Hunger Games: Amazon.com Reveals the Top Cities in the U.S. Reading The Hunger Games Trilogy". April 11, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 16, 2012.
  21. "Who is the Best-Selling Kindle Author of All Time?". March 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2012.