Suzanna Bombardye cinayəti

Suzanna A. Bombardye (ing. Suzanne A. "Suzie" Bombardier; 14 mart 1966–22 iyun 1980)[1] — 22 iyun 1980-ci ildə qaçırılan, təcavüzə uğrayan və bıçaqlanan qız. Onun cəsədi 27 iyun San-Fransiskonun 60 mil şərqində, Antiok körpüsünün yaxınlığında, Antiokun şərqindəki San-Hoakin çayında üzən bir balıqçı tərəfindən tapıldı. 11 dekabr 2017-ci il əsaslı DNT analizindən sonra məhkum edilmiş seksual cinayətkar 63 yaşlı Mitçell Linn Bekom əsas şübhəli olaraq həbs edildi. O, ölümcül silahdan istifadə etməklə qətl, təcavüz, adam oğurluğunda ittiham edilmişdir.[2] Bu, Antiokda üstü açılmayan ən qədim cinayət idi. Suzannanın cinayəti zamanı Bekom onun ailəsini tanıyırdı.

Suzanna Bombardye cinayəti
ing. Murder of Suzanne Bombardier
Doğum tarixi
Vəfat tarixi (14 yaşında)
Atası Ted Bombardye

Suzanna təcavüzə uğradı, sinəsindən bıçaqlandı və onun ürəyi deşildi. O, bacısının uşağına baxarkən Antiokda bacısının yaşadığı qəsəbədən oğurlandı. Suzannanın bacısı Stefani Mallen onu axtararkən saat 4-də evə çatdı.[3] Suzannanın atası Ted qatili tanıdığını bildirdi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

On dörd yaşındakı Suzanna öldürüldüyü zaman Antiok orta məktəbində oxuyurdu. O, həmçinin Gənc Sxolastik Federasiyasına üzv idi.[2] O, Lafayetedəki Queen of Heaven Cemetery-də dəfn edildi. Cennifer Ketlin Gibbons 2014-cü ildə onun məzarına rast gəldi və həll olunmamış işlə bağlı bloq yazmağa başladı.[4] Bu, ictimaiyyət üçün və sonradan müstəntiqlər üçün diqqət mərkəzində saxlanıldı.[5][6]

2005-ci ildə Suzannanın işi ilə bağlı DNT profili yaratmaq üçün DNT nümunələri San Mateo Rayon Şerifinin Ədli Tibb Laboratoriyasına göndərildi. 2017-ci ilin əvvəlində DNT analiz texnologiyasındakı irəliləyişlərdən sonra Antiok polisi aşkar etmişdir ki, Kompleks DNT İndeksi Sistmei (ing. CODİS) şərti olaraq Bekomu hüquq pozuntusu törədən şəxs kimi müəyyənləşdirmişdir. Əlavə testlərdən sonra DNT örnəkləri federal DNT məlumat bazası vasitəsilə Bekom ilə konkret əlaqələndirildikdə, o, evində həbs edildi.[2][7]

1973-cü ildə Bekom bir neçə cinayətə görə ittiham edildi, məhkum olundu və bir qisim cinayətə görə beş il, digər cinayətlərə görə ömürlük azadlıqdan məhrum edildi. 1981-ci ildə daha bir neçə cinayətə görə məhkum edildi və 24 il həbs cəzası aldı. O, 2002-ci ildə seksual cinayətkar kimi qeydə alınmayıb və ona görə dörd il həbs cəzasına məhkum edilib.[2][3][8]

Mitçell Linn Bekom (d.21 mart 1954) Kaliforniya ştatının Naytsen şəhərindəndir. Onun qəhvəyi gözləri və qəhvəyi saçları var.[9] O, uzun müddət bu işdə şübhəli idi.[3] Səlahiyyətlilər Bekomun DNT –sini digər naməlum, hələ də üstü açılmamış işlərlə uyğunlaşdırmağa çalışacaqlar.[10]

  1. "Antioch man ordered to stand trial in 1980 rape, murder of teen girl, possible necrophilia defense" (ingilis). The Mercury News. 2019-09-11. 14 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2019.
  2. 1 2 3 4 Swan, Rachel; Ma, Annie. "Arrest in notorious 1980 slaying of Antioch teen Suzanne Bombardier" (ingilis). sfgate.com. 12 dekabr 2017. 12 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  3. 1 2 3 Gartrell, Nate; Davis, Aaron; Coetsee, Rowena. "Antioch police make arrest in 37-year-old kidnapping, homicide case" (ingilis). East Bay Times. 12 dekabr 2017. 12 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  4. Gibbons, Jennifer Kathleen. "My obsession with a cold case" (ingilis). salon.com. 3 yanvar 2015. 3 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  5. Coetsee, Rowena. "Former Antioch cops spotlight 35-year-old cold case" (ingilis). The Mercury News. 1 iyul 2015. 28 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  6. Amy Lieu. "Arrest in decades-old murder of 14-year-old California girl" (ingilis). foxnews.com. 24 dekabr 2019 tarixində arxivləşdirilib.
  7. Clifford, Charles; Cestone, Vince. "Arrest made in 1980 cold-case murder of Antioch girl" (ingilis). KRON4.com. 12 dekabr 2017. 30 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  8. Allen Payton. "Former officers offer assistance to solve cold case of Suzanne Bombardier, murdered in Antioch 35 years ago" (ingilis). antiochherald.com. 8 iyun 2015. 23 iyun 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  9. Allen Payton. "Offender Profile: Bacom, Mitchell Lynn" (ingilis). California Megan's Law Website: State of California Department of Justice, Office of the Attorney General. 24 sentyabr 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.
  10. Kim, Lilian. "Antioch police say DNA tech helped solve city's oldest open cold case" (ingilis). ABC7 San Francisco. 12 dekabr 2017. 12 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]