Svante Kornel

Svante KornelCon Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru.

Svante Kornel
Doğum tarixi
İş yeri
Təhsili

Avrasiya, xüsusilə də Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya siyasəti və təhlükəsizliyi sahəsində ixtisaslaşmış İsveç alimi Svante Cornell 1975-ci ildə anadan olmuşdur. O, Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti üzrə İnstitutun direktoru və həmtəsisçisi və adı çəkilən institut və Johns Hopkins Universitetinin birgə mərkəzi olan Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramının tədiqatlar üzrə direktorudur.

O, Yaxın Şərq Texniki Universitetində (Ankara, Türkiyə) Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb və Uppsala Universitetində isə Sülh və Münaqişə tədqiqatları üzrə PhD etmişdir. 2003-2007-ci illərdə Uppsala Universitetində mühazirələr oxumuşdur.

Hazırda TİSİ və MAQİ-dakı vəzifələrindən başqa, Johns Hopkins Universitetində mühazirələr oxumaqla yanaşı, Uppsala Universitetində yarımştat çalışır. Cornell həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru adını almışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]