Con Hopkins Universiteti

Cons Hopkins Universiteti (ing. The Johns Hopkins University[3]) — ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzi.

Cons Hopkins Universiteti
Johns Hopkins University
Loqonun şəkli
Xəritə
39°19′44″ şm. e. 76°37′14″ q. u.HGYO
Əsası qoyulub 1876
Tip Özəl
Rektor Ronald Daniels
Tələbə sayı 4744
Şəhər Baltimor
Ölkə
Sayt jhu.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitetin Merilend ştatında salınan şəhərciklərindən əlavə, Vaşinqtonda, Kolumbiyada, İtaliyada, Çində və Sinqapurda da kampusları mövcuddur. Cons Hopkins Universiteti Amerika Universitetləri Assosiasiyasının 14 üzvündən biridir. 2009-cu ilin martından Ronald Daniels universitetə prezident təyin edilib. Universitetin 33 məzunu Nobel mükafatına layiq görülüb.

Cons Hopkins

1873-cü ildə xeyriyyəçi Cons Hopkins varisi olmadığından öz var-dövlətini universitet və xəstəxana tikintisinə sərf etməyə qərar verir və bu məqsədlə vəsiyyətnaməsində 7 milyon dollar ayrılmasını qeyd edir. ABŞ tarixində bu, ən böyük məbləğdə xeyriyyə vəsiyyətnaməsi olur. Beləliklə, 22 fevral (Corc Vaşinqtonun anadan olduğu gün) 1876-cı ildə yaradılan ali təhsil ocağına Cons Hopkins Universiteti adı verilir. Universitetin ilk prezidenti Daniel Koyt Gilman olub. Yarandığı gündən təhsil ocağının məqsədi elmi tədqiqatların rəğbətləndirilməsi, elmin inkişafında müstəsna xidmətləri olan alimlərin maddi vəziyyətlərinin yüksəldilməsidir.

Cons Hopkins Universiteti Vilhelm fon Humbolt, Fridrix Ernst Şleyermaxer tərəfindən hazırlanmış alman modelini birinci tətbiq edən ABŞ ali məktəbidir. İlk dəfə bu universitetdə mühazirələrlə birgə seminarlar keçirilib. Cons Hopkins Universitetində diplomdan sonrakı təhsilin inkişafına böyük əhəmiyyət verilir. Universitet doktorluq dissertasiyalarını çoxsaylı elmi jurnallarda, eləcə də 1878-ci ildə yaradılmış Cons Hopkins Universiteti mətbuatında ("Cons Hopkins Universiteti qəzeti", "Cons Hopkins jurnalı", "Bölmə nəşrləri", "Yeniliklər buraxılışı") nəşr etdirən ABŞ-nin ilk ali təhsil ocağıdır.

1889-cu ildə burada Cons Hopkins Hospitalının tikintisi başa çatır. 1893-cü ildə Tibb Məktəbi yaradılır və məktəb qızlarla oğlanların birgə təhsil aldığı ilk tibb məktəbi kimi tarixə düşür. Tibb sahəsini inkişaf etdirmək məqsədilə Uilyam Osler, Uilyam Halsted, Hovard Kelli, Uilyam Uelç kimi dünyada tanınmış müəllimlər Tibb Məktəbinə dəvət olunurlar.

1909-cu ildə universitetdə təhsilin davam etdirilməsi proqramı qəbul edilib, 1916-cı ildə isə burada ölkədə ilk İctimai Səhiyyə Məktəbi açılıb. 1950-ci ildə Vaşinqtonda universitetin Nitsşe Beynəlxalq Tədqiqatlar və 1977-ci ildə Baltimorda Pibodi İnstitutu yaradılıb.

Universitet bu gün

[redaktə | mənbəni redaktə et]

Cons Hopkins Universitetinin əsas kampusu Homvud adlanır. Kampusun Şərqi Baltimorda yerləşdiyi 140 hektarlıq ərazi 1900-cü ildə əldə olunub. Kampusdakı bütün tikililər qırmızı kərpic və ağ mərmərdən inşa edilib, onlar gözoxşayan görünüşə malikdirlər. Hazırda bu binalar tarixi abidə hesab olunur və dövlət tərəfindən qorunur. Kampusun yaxınlığında Baltimor İncəsənət Muzeyi yerləşir. Homvudun ərazisində məşhur Deker bağı vardır. Əvvəllər Botanika bağı adlanan və biologiya kafedrasının əməkdaşları tərəfindən istifadə olunan bu bağ hazırda estetik məqsədlərə xidmət edir. Homvudda yerləşən Kosmik Teleskop Elmi İnstitutu universitetin ən böyük rəsədxanalarındandır. Bu institut Habbl teleskopu vasitəsilə məlumatlar toplayır, onları analiz və idarə edir.

Cons Hopkins Universitetinin nəzdində aşağıdakı məktəb və institutlar fəaliyyət göstərir:

  • Zenvil Kriger İncəsənət və Elmlər Məktəbi - universitetin əsas institutudur, tələbələrə 60-dan çox ixtisas üzrə proqram təklif edir. Bu məktəb Homvud kampusunda yerləşir.
  • Vaytinq Mühəndislik Məktəbi - Homvudda yerləşir, tələbələrə yalnız mühəndislik proqramları təklif edir.
  • Təhsil Məktəbi - 1909-cu ildə biznes və təhsil üzrə ixtisaslaşmış məktəb kimi yaradılıb, 2007-ci ildən biznes və təhsil bölmələri ayrılıb və iki müxtəlif məktəblər yaranıb.
  • Tibb Məktəbi - Şərqi Baltimorda universitetin Tibbi İnstitutlar kampusunda, Cons Hopkins Hospitalının yanında yerləşir. Bu məktəb dünyanın ən yaxşı tibb məktəbi və biotibbi tədqiqat mərkəzi kimi tanınır.
  • Tibb Bacısı Məktəbi - Cons Hopkins Hospitalının və Tibb Məktəbinin yaxınlığında yerləşir.
  • Blumberq İctimai Səhiyyə Məktəbi - 1916-cı ildə yaradılıb, dünyanın ən böyük səhiyyə məktəblərindəndir. ABŞ-nin "U.S. News & World Report" jurnalı tərəfindən dünyanın bir nömrəli ictimai səhiyyə məktəbi adlandırılıb.
  • Keri Biznes Məktəbi - 2007-ci ildə yaradılıb və Mərkəzi Baltimorda Maunt Vernonda yerləşir.
  • Pibodi İnstitutu - 1857-ci ildə yaradılıb, Mərkəzi Baltimorda çarlz küçəsində yerləşir. ABŞ-nin ən qədim konservatoriyalarından biri olan bu institut 1977-ci ilədək Cons Hopkins Universitetinin bölməsi kimi fəaliyyət göstərib. Hazırda institut müstəqil olaraq tələbə qəbul edir və dərəcələr verir.
  • Paul Nitsşe Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbi - 1943-cü ildə yaradılsa da, 1950-ci ildən Cons Hopkins Universitetinin bir hissəsinə çevrilib. Məktəb Vaşinqtondakı kampusda yerləşir, beynəlxalq problemlər, münasibətlər, diplomatiya və iqtisadiyyatın öyrənilməsi ilə məşğuldur. Bu təhsil müəssisəsinin Boloniyada, İtaliyada, Nankində və çində filialları fəaliyyət göstərir.
  • Tətbiqi Fizika Laboratoriyası - Merilend ştatında Laurel şəhərində yerləşir, ABŞ-nin Təhlükəsizlik Departamenti, NASA (Aeronavtika və Kosmik Fəzanın Tədqiqatları üzrə ABŞ Milli İdarəsi), dövlət və vətəndaş müəssisələrinin məqsədləri üçün tədqiqatlar aparır. Bu laboratoriya Cons Hopkins tibb müəssisələri ilə birgə 100-dən çox biotibbi qurğular yaradıb, həmçinin Homvudda yerləşən Kosmik Teleskop Elmi İnstitutu ilə sıx əlaqələr qurur.

Universitetin Tibbi İnstitutlar kampusunda Tibb və Tibb Bacısı məktəblərindən başqa, Cons Hopkins Hospitalı, Cons Hopkins Beyvyu Tibb Mərkəzi, Cons Hopkins Sinqapur Beynəlxalq Tibb Mərkəzi, Hovard ümumi Dairə Hospitalı fəaliyyət göstərir. Universitetdəki elmi-tədqiqat mərkəzlərindən Dil və Nitq Mərkəzini, Cons Hopkins Siyasi Elmlər, Berman Biotexnika, Cons Hopkins İnformasiyanın Təhlükəsizliyi institutlarını qeyd etmək olar.

Cons Hopkins Universitetinin əsas xüsusiyyətlərindən biri burada təhsil alan tələbələrin önəmli tədqiqatlarda fəal iştirak etməsidir. Tələbələrin 80%-i oxuduqları 4 il ərzində öz sahələri üzrə müstəqil tədqiqatlar aparır. ümumiyyətlə, bu ali təhsil ocağı ABŞ-də tədqiqatlara ən çox sərmayə qoyan universitetlərdən biridir. Xüsusilə, universitet mədəniyyət, musiqi, tarix, biologiya və təbii elmlər, biotibbi texnika, yaradıcılıq, ingilis dili, roman dilləri, iqtisadiyyat, beynəlxalq tədqiqatlar, tibb, nevrologiya, xəstələrə qulluq, səhiyyə, siyasi nəzəriyyə sahələri üzrə əldə etdikləri nailiyyətləri ilə fəxr edir. 1999-2009-cu illər ərzində Cons Hopkins Universiteti dünyada ən çox məqalələri çap olunan tədqiqat mərkəzləri siyahısındadır (Harvard Universiteti və Maks Plank Cəmiyyətindən sonra üçüncü yerdə).

"Academic Ranking of World Universities"dəki yeri:[4]
2003[5] 2004[6] 2005[7] 2006[8] 2007[9] 2008[10] 2009[11] 2010[12] 2011[13] 2012[14] 2013[15] 2014[16] 2015[17]
24 22 19 20 19 20 19 18 18 17 17 17 16
"QS World University Rankings"dəki yeri:
2015/16[18] 2014/15[19] 2013/14[20] 2012/13[21] 2011/12[22] 2010/11[23]
16 14 16 16 16 17
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[24] 2014/15[25] 2013/14[26] 2012/13[27] 2011/12[28] 2010/11[29]
11 15 15 16 14 13

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]
  1. Madlen Olbrayt - ABŞ-nin sabiq dövlət katibi
  2. Spiro Eqnyu - ABŞ-nin vitse-prezidenti
  3. Aniş Çopra - ABŞ-nin baş texnologiya rəisi
  4. Enn Dersi - ABŞ-nin Azərbaycandakı keçmiş səfiri
  5. Nikolas Börns - ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini
  6. İbrahim Qəmbəri - BMT Baş katibinin müavini
  7. Lourens Di Rita - Pentaqonun məruzəçisi
  8. Devid Yakobson - ABŞ-nin Kanadadakı səfiri
  9. Məhəmməd Zubair Xan - Pakistanın sabiq ticarət naziri
  10. Hans Huqervorst - Niderlandın səhiyyə naziri
  11. Uanq Cuancya - Çinin BMT-dəki səfiri
  12. Piter Aqr - kimya üzrə Nobel mükafatı laureatı
  13. Ceyms Frank - fizika üzrə Nobel mükafatı laureatı
  14. Riçard Aksel - tibb üzrə Nobel mükafatı laureatı
  15. Pol Qrinqard - tibb üzrə Nobel mükafatı laureatı
  16. Jozef Olencer - tibb üzrə Nobel mükafatı laureatı
  17. Hamilton Smit - tibb üzrə Nobel mükafatı laureatı
  18. Tomas Morqan - tibb üzrə Nobel mükafatı laureatı
  19. Robert Foqel - iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  20. Merton Miller - iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  21. Herbert Spenser - psixologiya üzrə Nobel mükafatı laureatı
  22. Codi Vilyams - sülh üzrə Nobel mükafatı laureatı

Cons Hopkins Universitetinin kitabxana sistemi 3,6 milyon cilddən çox kitaba malikdir. Universitetin əsas kitabxanaları Homvud kampusunda yerləşən Şeridan və Milton Eyzenhaver kitabxanalarıdır. Milton Eyzenhaver kitabxanası (tələbələr tərəfindən "MSE" adlandırılır) 2,6 milyon cilddən çox kitaba, 20 min jurnala malikdir. Kitabxanaya ABŞ-nin sabiq prezidenti DVayt Eyzenhaverin qardaşı, universitetin prezidenti olmuş Milton Eyzenhaverin adı verilib. Qeyd edək ki, Miltonun Cons Hopkins Universitetində prezidentliyi zamanı təhsil ocağı sürətlə inkişaf edib, universitetin gəlirləri üç dəfə artıb, geniş tikinti-quruculuq işləri aparılıb. Universitetin inkişafı üçün gördüyü işlərə görə Milton Eyzenhaver "fəxri prezident" adına layiq görülüb.

Universitetin başqa kampuslarında yerləşən kitabxanalardan tibb sahəsi üzrə Uiliyam Velç, Tibb Tarixi İnstitutu, Adolf Meyer, Beyvievdə Harold Harison, Cons Fridenvold Memorial (Uilmer Göz İnstitutu), Karol Qrey Tibb Bacısı Resurs Mərkəzi, Abraham Laylinfild, Keri Biznes Məktəbinə aid Kolumbiya,Vaşinqton, Dauntaun Mərkəzi, Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbinin R.Sidney və V.Elza Mason, Boloniya Mərkəzi, Con Vork Cerret, JSkolarşip kitabxanalarını, Alan Mason çisni Tibb, Ferdinand Hamburger Universitet, Pibodi İnstitutu arxivlərini qeyd etmək olar.

Dünyanın başqa universitetlərində olduğu kimi, Cons Hopkins Universitetinin tələbələri də buradakı yataqxanalarda yaşayaraq təhsil alırlar. Lakin bu təhsil ocağında yataqxanalarla tam təminat əsasən I-II kurs tələbələri üçün nəzərdə tutulub.

Cons Hopkins Universitetində təbiətin mühafizəsi üzrə müxtəlif proqramlar həyata keçirilir, elektriklə işləyən nəqliyyat vasitələri yaradılır, suya qənaət edilir, təbii qidalara üstünlük verilir və s. Tələbələr nəqliyyat vasitəsi kimi velosipedlərdən istifadə edirlər.

Cons Hopkins Universitetində hazırda 19000-dən çox tələbə təhsil alır. Onların 4744-nü bakalavr, 14275-ni doktorant və magistrlər təşkil edir. Universitetdə 15000 nəfərdən çox professor-müəllim heyəti çalışır. Cons Hopkins Universitetinin missiyası tələbələrə elm öyrətməklə yanaşı, onlara həyat dərsi keçmək, müstəqil tədqiqatlara sövq etmək, eləcə də elmə dəyərli töhfələr verməkdir. Bu qədim ali təhsil ocağının dünya elminin inkişafında əldə etdiyi mühüm və əlamətdar yeniliklər danılmazdır.

  1. 1 2 Directory of Open Access Journals. 2003.
  2. 1 2 Geographic Names Information System (ing.).
  3. "About The Johns Hopkins University". 2010-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "ARWU - The Johns Hopkins University". Shanghai Ranking Consultancy. 2014. 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015. (#redundant_parameters); (#redundant_parameters)
  5. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  6. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  7. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  8. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  9. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  10. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  11. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  12. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  13. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  14. "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  15. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  16. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26. (#redundant_parameters); (#redundant_parameters)
  17. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25. (#redundant_parameters); (#redundant_parameters)
  18. "QS World University Rankings (2015)". 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  19. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  20. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  21. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  22. "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  23. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  24. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#apostrophe_markup)
  25. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#apostrophe_markup)
  26. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#apostrophe_markup)
  27. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#apostrophe_markup)
  28. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#apostrophe_markup)
  29. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#apostrophe_markup)