Svarojiçilər

Svarojiçilər (doğulmuş tanrılar) — Svaroqun övladları.

Dajboq-slavyan tanrılar panteonunda svarojiç hesab olunurdu. Rusiyada o günəşli günün tanrısı, həmçinin yaxşılıq yaxşı gün, rifah verən kimi də məlumdur. Günəş şüalları qədim slavyanlar tərəfindən Dajboqun oxları təsəvvürünü oyadırdı. Günəş səhər tezdən özünün parlaq şüaları ilə gecəni qovur və dumanı dağıdır, ilk baharda, buzları parçalayır, qarı əridir, isti yay günləri isə yeri və onun sakinlərini cəzalandırırdı. Yaroslavna təsadüfi deyildi ki, "üç işıqlı günəşdən" özünün qaynar şüalarını ərinin əsgərlərindən uzaq etməyi xahiş edirdi.

Günəşlə Skolot(Skif) orta Dnepr çarları — günəş çar mifoloji sülaləsinin banisi Koloksay sıx əlaqədar olmuşdur. Həmin mifin framenti Dajboq haqqında məlumatlar XII əsr salnəməsinə düşmüşdü. Sonuncu bütpərəst böyük rus knyazı Vladimiri mifoloji eposda onu Qızıl Günəş, onun nəticəsini isə "İqor polku dastanı"nda "Dajboqun nəvələri" adlandırmışlar. Maraqlıdır yunan günəş tanrısı Helosu(o qızıldan od püskürən dürd at qoşulmuş arabada təsvir olunmuşdu) slavyanlar Dajboq kimi tərcümə etmişdir. Slavyan mifologiyasında Ay Mesyas ilahə günəşin əri, Ay Luna isə Dajboqun həyat yoldaşı kimi verilirdi. Günəş kınyazdır, Ay-Knyaginyadır Günəşin əri kimi aya skiflər də etiqad edirdilər.

Perun kimi Dajboqu da baba adlandırırdılar.[1]

Baltik slavyanlarda svariçlər müxtəlif cür adlandırırdılar. Polab slavyanlarının yaşadığı orta əsr şəhəri Retrada sadecə olaraq Svarojiç mövcud idi. Onlar svarojiçilər bütünə çox böyük etiqad və ehtiram bəsləyirdilər. Sülh vaxtlarında məbəddə kolab slavyanlarının müharibəyə getdiyi bayraq saxlanılırdı. Svarojiçin bütü saxlanılan şəhər Readarium adlanılırdı. Onu müqəddəs Roşe əhatə edirdi. O baş kult mərkəzi hesab olunurdu. Onun təsvirinə orta əsr müəlifi Ditmar Merzeburskinin əsərlərində rast gələ bilərik.

Svarojiçi ya radeqast, ya radqost yaxud da Ridiqost adlandırırdılar. Bu isə onu ifadə edirdi ki, svarorjiçiləri işıq daşıyan başlanğıc kimi qəbul edirdilər. Fərqlər isə ona görə meydana gəlmişdir ki, slavyanlar bu başlanğıcların təzahürünü müxtəlif vaxtlarda müxtəlif cür təsəvvür edirdilər. Şüpəsiz yunanların Apollonun atının zendlərin(iranlıların) Mitra ilə analogiyasını tapmaq mümkündür. Zendlərə görə Mitra Məğlub edilməz tanrıdır. O bütün kainatı ox, qılıncla gəzərək şər ruhları-divləri cəzalandırır. Svarojiçilərin biri də Sventovit idi. Onun həm də Svantovid, svyatoy Vit, sventovid (Zbruq bütü) adlandırırdılar. Orta əsr müəlifi Sakson Qrammatik Ryugen adasında svarjoçilərə həsr olunmuş ritualı təsvir etmişdir. Sventovit yer məhsulları və müharibə tanrısı olmuşdur. Hər bir kişi və qadın ona pul hədiyyə verməli idi. Müharibədən gələn qənimətin bir hissəsi də ona çatmalıydı. Onun mühafizəsi üçün 300 atlı döyüşçüdən və bir o qədər də piyada döyüşçüdən ibarət dəstə mövcud idi. Kahin bütün hədiyyələri bağlı sandıqlarda saxlayırdı. Puldan əlavə burada purpur parçaları da var idi. Sventovitin bütü yaxınlığında ağ at saxlanılırdı. Ancaq kahin onu yetirməli və minməli idi. Svantovitin bütü yaxınlığında ağ ata saxlanılırdı. Ancaq kahin onu yedirtmıli və minməli idi. Svatovitin məbədində müqəddəs bayraq və müharibədə istifadə edilən qartal saxlanılırdı.[2]

  1. Qədim rus ədəbiyyatı müntəxəbatı. s. 48
  2. Aniçkov E. V. Göstərilən əsərləri. s. 339