Svaroq

Svaroq — slavyanların səma panteonunun tanrılarından biri.

Adətən Svaroqu odla və səma ilə, eləcə də səma odu ilə əlaqələndirirlər. Qədim xalqlarının əksəriyyəti ndə belə bir inam hökm sürmüşdür ki, yerdəki od səma odundan yaranır. Təsdüfi deyil ki, şərqi slavyanların mifologiyasında yer odunun ruhu Svaroqun oğlu — Svarojiç adlandırılmışdır. Svaroq ikinci oğlu Dajboq slavyan mifologiyasında geniş şəkildə məlumdur. Onlar səma odunu və Günəşin istiliyini təcəssüm etdirərək bütün canlılara həyat verir.

Səma tanrısı (səma atası) Svaroq qədim köklərə malikdir.

Qədim hind sözü olan "svarqa" iki hissədən: "svar" — səma, işıq və "qa" hərəkət etmə -sözlə, ümumiyyətlə səmanı deyil, Günəşin səmada gündüz hərəkət yolunu ifadə edirdi. Sonralar Svaroq təxminən yunan tanrısı Urana muvafiq gəlirdi. O ən qədim mifik zamana aid edilirdi və Uran kimi dünya yarandıqdan sonra öz yerini allahların növbəti nəslinə verməli olurdu.[1]

Qədim hind-Avropa tanrıları içərisində Svaroq ali səma allahı hesab olunurdu. Sonralar onun bütün funksiyaları Peruna keçmişdir.

"Svaroq" adı qədim hind sözü "svarqa" ilə əlaqədar olmuşdur. Svarqa səma deməkdir. Elə buradan da Tanrı adı meydana gəlmişdir. "sva" kökü rus dilində "svaxa", "svatya", "svat" kimi məlumdur. Qədim hind mifologiyasında tanrılara qurban gətirərkən sağlıq, dua ifadə verən nidanı əks etdirirdi. Rus toy mərasimində svaxanın rolu, onun ilahi ittifaqa xeyir-dua verməsi hamıya məlumdur.

Çexlerdə, ukraynalılarda, slovaklarda Svaroqa odlu ruh paroq analogiyası şərqi slavyanların sui-qəsdlərində "Straxa" (Raxa) analogiyası özünü göstərir.

Svaroqun adı yazılı abidələrdə çoxdan məlumdur. Məsələn, İpatyev salnaməsində haçansa Svaroq məmləkətində böyük varlıq, işığın atası mövcud olmuşdur. O insanlara dəmir döymək (nallamaq) sənətini öyrətmiş və nikah ittifaqlarının əsasını qoymuşdur.[2] Başqa bir salnamədə Svaroqun — Günəş adlı oğlunun hökmranlığından sğhbət gedirdi. Svroq — Svarojiç səma ilə yer arasında vasitəçi olmuşdur. Rus nağıllarında svaroq obrazına tez-tez rast gəlmək mümkündür.

Əslində Svaroqun adı yazılı ədəbiyyatlarda da tez-tez çəkilir. Məsələn, İpatyevin salnaməsində deyilir: "Nə vaxtsa yerdə Svaroq hökmranlıq etmişdir. İşıq atası insanlara dəmir döyməyi, və evlənməyi öyrətmişdir".[3]

  1. Мифы русского народа. Екатеринбург, 1995. с. 43
  2. Белякова Г. С. Славянския мифология. с. 92
  3. Класен Е.И. Новые материалы для древнейшей истории славян вообще и славяноруссов в особенности с легким истории руссов до Рождества Христова. Вып. 1–3, Спб, 1961