Svetlana Adırxayeva

Svetlana Adırxayeva (12 may 193827 avqust 2023, Moskva) — SSRİRusiya balerinası, baleymester, xoreoqraf, müəllim. SSRİ xalq artisti (1984).

Svetlana Adırxayeva
Doğum tarixi 12 may 1938(1938-05-12)
Vəfat tarixi 27 avqust 2023(2023-08-27) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
Fəaliyyəti balerina, baletmeyster
Fəaliyyət illəri 1955–2023

Svetlana Adırxayeva 12 may 1938-ci ildə Xumalaq kəndində (indiki Rusiya, Şimali Osetiyanın Pravoberejnı rayonu) anadan olub.

1946-cı ildə milli qrupun üzvü olaraq Leninqrad Xoreoqrafiya Məktəbində (indiki Vaqanova adına Rus Balet Akademiyasına daxil olur.) Varvara Mey və Yelena Şiripinanın sinfində təhsil alır.

1955-ci ildə məzun olduqdan sonra Çelyabinsk Opera və Balet Teatrının truppasına qəbul edilir. 1958–1960-cı illərdə Odessa Opera və Balet Teatrında işləyir. 1960-cı ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının Ədəbiyyat və İncəsənət Onilliyi çərçivəsində Moskvada çıxış edir, sonra Dövlət Akademik Böyük Teatrında "Qu gölü" baletində Odette-Odile rolunu ifa etmək üçün dəvət edilir.

1988-ci ilə qədər Böyük Teatrının solisti olur. Asaf Messererin sinfində oxuyur. Şəkilləri "Klassik rəqs dərsləri" dərsliyinin fotoşəkilləri üçün çəkilir.

Teatr Sənəti İnstitutunun balet ustası şöbəsinə daxil olaraq paralel olaraq 1978–1981-ci illərdə orada klassik rəqs üsulunu öyrətdir. Diplomu 1980-ci ildə almışdır. 1991–1996-cı illərdə əri rəqqas Aleksey Zakalinski ilə birlikdə "Svetlana Adırxayevanın Balet Teatrı" adlı truppasını qurur və onun bədii rəhbəri olur. 1995–2001-ci illərdə Natalya Nesterovanın Yeni Humanitar Universitetinin Xoreoqrafiya Akademiyasında klassik rəqsdən dərs deyir[1].

1997-ci ildən Xoreoqrafiya Sənətçiləri Dərnəyinin sədri olur.

2001-ci ildə Böyük Teatrına müəllim-tərbiyəçi kimi qayıdır. Anna Antoniçeva, Yekaterina Krusanova, Yevgenyia Obraztsova, Anastasiya Staşkeviç, Anastasiç Yatsenko, Anastasiya Qoruaçeva, Maria Semenyaçenko və başqaları kimi sənətçilərlə işləyir.

2013-cü ildən Böyük Teatrın Balet truppasının bədii şurasının üzvü olur.

2001-ci ildə Svetlana Adırxayevanın adı Vladikavkaz Balet Studiyası Məktəbinə verilir.

Balerinanın 75 illik yubileyi şərəfinə, 27 oktyabr 2013-cü ildə Böyük Teatrının əsas səhnəsində qala konsert keçirilir.

Svetlana Adırxayeva rəqqas, xoreoqraf və müəllim Aleksey Zakalinski ilə evli olmuşdur (1941–2009). 1969-cu ildə onların Fatimə adlı qızları dünyaya gəlir.

Ümumittifaq Musiqili Teatrlar, Ansambllar və Xorlar Festivalının 1-ci mükafatı (1958, Moskva),

Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1960),

Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1963),

RSFSR əməkdar artisti,

RSFSR Xalq artisti (1974),

SSRİ xalq artisti (1984),

Cənubi Osetiya Respublikasının Xalq artisti (2008),

Qırmızı Əmək Bayrağı ordeni (1976),

"Şərəf nişanı" ordeni (1960)[2],

"Osetiyaya Şöhrət" ordeni (2013),

Şərəf ordeni (Cənubi Osetiya) (2013),

Dostluq ordeni (Cənubi Osetiya) (2018),

II dərəcəli Vətənə xidmətə görə medalı (2014) — milli mədəniyyətin və incəsənətin, televiziya və radio yayımının inkişafındakı xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə[2],

Cəsarətli əməyə görə (Hərbi Şücaətə görə) medalı. Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə,

"Osetiyanın şöhrətinə" medalı,

Şimali Osetiya-Alaniya Respublikasının fəxri fərmanı (1998) — yüksək ifaçılıq bacarığına və respublika mədəniyyətinin inkişafına böyük töhfəsinə görə[3],

"Balet" jurnalının "Rəqsin Ustası" nominasiyasında "Ruhun Rəqsi" mükafatı (2009).

  1. "Балетная труппа Большого театра". 2016-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  2. 1 2 "Указ Президента Российской Федерации от 25 октября 2014 года № 680 «О награждении государственными наградами Российской Федерации»". 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  3. "Указ Президента Республики Северная Осетия-Алания от 17 декабря 1998 года № 157 «О награждении Почётной грамотой Республики Северная Осетия — Алания Адырхаевой С. Д.»". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.