Svetloyar — Rusiyanın Nijeqorod vilayətində göl. Mifik Kitej şəhərinin məhs bu göldə batdığı rəvayət olunur.[1] Göl vilayət mərkəzindən 130 km şimal-şərqdə, Viladimirski kəndindən isə 1—1,5 km qərbdə yerləşir. Svetloyar federal əhəmiyyətli təbiət abidəsi hesab olunur və Voskresenski Povetluje təbiət parkının ərazisindədir. 2015-ci ildən göl və Vladimirski kəndi mədəni-landşaft kompleksi hesab olunur.[2]
Svetloyar | |
---|---|
rus. Светлояр | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 109 m |
Eni | 0,35 km |
Uzunluğu | 0,5 km |
Sahəsi | 0,1483 km² |
Dərin yeri | 34,4 m |
Yerləşməsi | |
56°49′07″ şm. e. 45°05′35″ ş. u. | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl Volqa çayının sol qolları olan Kerjenes və Vetluqa çayaları arasında yerləşir. Svetloyar gölünün sahəsi — 0,1483 km²-dir[3]. Oval formalı olub ölçüləri 470x350 metrdir. Yaxınlıqdakı göllərdən fərqli olaraq daha dərindir — 33,4 metr[3]. Dərin nöqtəsi gölün cənub qutaracağındadır. Şimal hissənin maksimal dərinliyi 22—24 metrdir. Göl səthinin dəniz səviyyəsindən hündürlüyü —109 metrdir. Sahilləri hündürlüyü dəniz səviyyəsindən 122—124 metr olan təpələrlə əhatələnib. Təpələrin nisbi hündürlüyü isə13—15 metrdir. Təpələr dərinliyi 7—8 m olan yarğanlarla kəsilib[3]. Göl suyu şəffaf olub göstərici 5 metrdir. Suyun temperaturu aşağı olub çoxlu yeraltı su mənbələri ilə qidalanır. Sahil zolağı zəif bataqlıqlaşıb[3].
Göl çuxurunun həcmi təxminən 1,5 km³-dir. Səthinin sahəsi isə 14,83 hektardır. Göl dibinə toplanan çöküntünün qalınlığı təxminən 8 metrdir.[2]
Svetloyar gölünün meydana gəlməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Gölün buzlaq, karst, axmaz, vulkanik, neotektonik və meteorit mənşəli olması ilə bağlı hipotezlər söylənilmiş. Gölü ilk dəfə XIX əsrin sonunda rus torpaqşünastı Vasili Dokuçayev araşdırmışdır. Gölün mənşəyi haqqında ilk fikir ona məxsusdur — meteorit krateridir. Gölün vulkanik mənşəli olmasını isə XX əsrin əvvəlində Vladimr Korolenko söyləmişdir.
2000-ci illərdə tədqiqatçılar göl çuxurunun meteorit mənşəli olmasını təsdiqləmişdir[4]. 2009-cu ildə aparılmış tədqiqat işlərinin nəticələrinə görə göl çuxuru təxminən 3,0—3,2 min il əvvəl meteorit düşməsi nəticəsində formalaşmışdır[5][6].