Svyatoy Nos burnu — Şimal Buzlu okeanın Dmitriy Laptev boğazında yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Svyatoy Nos burnu Syorryoktyax və Abelyaxaya buxtası arasında yerləşir. Hündürlüyü 28–56 fut təşkil edir. Lyaxovski adalarına gedənlər burada çoxlu sayda xaç quraşdırmışlar.
Svyatoy Nos burnu | |
---|---|
Yerləşməsi | |
72°52′30″ şm. e. 140°45′00″ ş. u. | |
Akvatoriya | Laptevlər dənizi, Şimal Buzlu okean |
Ölkə | Rusiya |
|
Svyatoy Nos burnu 1648-ci ildə Budlakov tərəfindən aşkarlanmışdır. Sonradan Hedenştorm və Pyotr Anju tərəfindən ziyarət edilmişdir. Sovet dönəmində burada rabitə xətti ilə əlaqəli 11/103 "Kvarc" stansiyası qurulmuşdur.