Syphon Filter 2

Yaradıcı-Eidetic Yayım edən kompaniya-989 studio Buraxılma tarixi-29 fevral 2000 Janr-şuter 3-cü şəxsdən Platforma-PlayStation,PlayStation 2 Daşıyıcı-CD İdarəedici-coystik Syphon filter 1 geymerlər tərəfindən qəbul olunduqdan sonra 2000-ci ildə oyunun 2-ci hissəsi çıxdı.Əsas terrorçu Romerin Qazaxıstandakı bazasını partlatdıqdan sonra Qabriel Loqan komanda üzvləri ilə birgə təyyarədə ABŞ-yə qayıdır.Lakin Kolorado ştatı ərazisində dağlıq zonada terrorçular təyyarəni vururlar və Loqan təyyarədən paraşutla tullanmalı olur.Yerdə isə onu heç də gül-çiçəklə gözləmirlər.Loqan qəzaya uğramış təyyarəni tapmalı və terrorçuların bazasından oğurladıqları gizli faylları yenidən ələ keçirməlidir... 1-ci hissədən fərqli olaraq bu hissəyə bir neçə dəyişiklik əlavə edilib.Ən əsası multipleyerin köməyilə oyunu artıq 2 nəfər eyni zamanda oynaya bilər.Eyni zamanda digər agentlər-Lian SinqTereza Lipan da müxtəlif missiyalar zamanı oynanıla bilən olurlar.Syphon Filter 2 də olduqca maraqlı missiyalar var.Sibir türməsi,Moskva küçələri,Nyu-York kanalizasiyası kimi mərhələlər oyunu daha da rəngarəng edir..