Syunik itburnusu (lat. Rosa sjunikii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Syunik itburnusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Syunik itburnusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Ermənistanda (Gorus) təbii arealı vardır.
İsmayıllı rayonunun Şəkəm yaylağı ərazisində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.
Orta dağ qurşaqlarında, dağ çəmənlərində, kolluqlarda yayılmışdır.
Azərbaycanda dar bir arealda yayılmışdır.
Hündürlüyü 1–1,2 m-ə qədər olan qırmızımtıl qabıqlı koldur. Qopartikan 3 cürdür. İri oraqvarı əyilmiş, qaidəsi enliləşmiş xırda iynəvarı formada və bir qədər iri, demək olar ki, düz formada olur. Çiçəkləri 2 sm-ə qədər uzunluqda olub, vəzicikli qıllıdır. Kasayarpaqcıqları üstdən yumşaq, alt tərəfdən isə vəzili tüklərlə örtülü olub, meyvə qızarana qədər tökülmür. Ləçəkləri ağ və ya açıq çəhrayı rəngli, 1,5 sm-ə qədər uzunluqda olub, kasa yarpaqcıqlarına bərabərdir. Meyvəsi xırda, girdə və ya enli ovalşəkillidir. İyun ayında çiçəkləyir.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Məlumat yoxdur.
Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.