Töhfə Əzimova

Töhfə Əzimova (6 fevral 1938, Bakı4 fevral 2003) – Azərbaycan-sovet kino aktrisası, pianoçu.

Töhfə Əzimova
Fayl:Töhfə Əzimova (Əhməd Haradadır (1963).jpg
Digər adı Töhfə Ələsgərova
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (64 yaşında)
Fəaliyyəti Aktrisa

Töhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova 6 fevral 1938-ci ildə Bakıda doğulub. Əsl sənəti fortepiano müəlliməsi olub. Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə “Qızmar günəş altında” filminin çəkilişləri zamanı tanış olub. Cütlük 1958-ci ildə ailə həyatı qurub. Aktrisa kimi iki filmdə yaddaqalan obraz yaradıb: "Əhməd haradadır" filmində Leyla və "Qızmar günəş altında" Nərminə rolu.

Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtoqəza keçirib və həlak olub. Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib. Töhfə Əzimova 4 fevral 2003-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilb.[1]

  1. Qızmar günəş altında (film, 1957)
  2. Əhməd haradadır? (film, 1963)