Əhməd haradadır? (film, 1963)

Əhməd haradadır?1963-cü ildə çəkilmiş Azərbaycan filmi.[1]

Əhməd haradadır?
Janr komediya
musiqili
Rejissor Adil İsgəndərov
Ssenari müəllifi Sabit Rəhman
Baş rollarda Məmmədrza Şeyxzamanov — Şirin
Nəcibə Məlikova — Nərgiz
Elxan Qasımov — Sürücü Əhməd
Nonna Paçuaşvili — Ceyran
Lütfəli Abdullayev — Zülümov
Səyavuş Aslan — Ramiz
Novruz Axundov — Oqtay
Töhfə Əzimova — Leyla
Səyavuş Şəfiyev — Əhməd
Operator Yuli Fogelman
Bəstəkar Rauf Hacıyev
Rəssam Məmməd Hüseynov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 4 noyabr 1964
Filmin növü tammetrajlı bədii film
Müddət 87 dəq.
Ölkələr  Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1963
Texniki məlumatlar 9 hissə
2527 metr
35 mm
Rəng rəngli
IMDb ID4258424

Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir.

Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimov)) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər.

  • Film rejissor, aktyor Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Bundan qabaq 1944-cü ildə "Fətəli xan" filmini çəkməyə başlasa da müəyyən səbəblərdən film yarımçıq qalmışdır.
  • Film aktyor Elxan Qasımovun kinoda ilk işidir
  • Film aktyor Eldəniz Zeynalovun kinoda ilk işidir.
  • Film aktyor Novruz Axundovun kinoda ilk işidir.
  • Film aktrisa Amaliya Pənahovanın kinoda ilk işidir.
  • Film aktyor Səyavuş Şəfiyevin kinoda ilk işidir.
  • Filmdə sürücü Əhməd roluna operator Yuli Fogelman rus aktyoru İqor Kvaşanı çəkmək istəyirdi.
  • Filmdə sürücü Əhmədin Ceyrandan razılıq cavabı alaraq üç metr hündürlüyü olan tikinti çuxuruna yıxılır. Bu trükü aktyorun özü etmişdir.
  • Ceyran rolunun ifaçısı gürcü aktrisası Nona Paçuaşvili filmə çəkilmək üçün həyat yoldaşı ilə Bakıya gəlir. Lakin aktrisanın həyat yoldaşı Bakıda qəflətən vəfat edir. Eyni zamanda ana olmağa hazırlaşan aktrisanın həyatında baş verən bu qəmgin hadisə onun filmdəki obrazına da təsir etmişdir. Aktrisa Ceyran rolunda bir çox kadrda kədərli üz ifadəsini gizlədə bilmir. Aktrisa çəkildiyi filmi uzun illər görməmişdi. Yaxın keçmişdə təşkil olunan filmin yubileyində aktrisa filmə ilk dəfə baxmışdır.[2]
  • Çəkilişlər Bakı bulvarında, Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda, Göyçayda aparıldı. Əhmədin kəndə gələrkən öküzlərin körpünün üstündə vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, “Uzundraz Oktay”ın girişi keçmək səhnəsi məhz orda çəkilib.
  • Əhmədin Ceyranı aşağıdan çağırdığı yer İçərişəhər tərəfdə yerləşən "Tut ağacı" restoranıdır. Balkonda oturub çay içilən yer Dağüstü parkdır.
  • Filmdə Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə dekorasiydır. Kardondan qurulmuş dekordur. Aktyorun yediyi yemək isə qoyun içalatının qızartmasıdır. Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq məhz aktyorun şəxsi təşəbbüsü olmuş və rejissor tərəfindən qəbul edilmişdir.
  • Filmdəki tikinti səhnələri Bakıda Şərifzadə küçəsində aparılan tikintilərdir.
  • Film Moskvada əvvəlcə qəbul edilməyib və zəif film kimi qiymətləndirilib. Bu səbəbdən çox az tirajla bu film ekranlara buraxıldı. Lakin sonralar filmin göndərilməsi üçün Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya sifarişlər gəldi. Beləliklə film SSRİ-də ən çox göstərilən və pul yığan filmlərdən birinə çevrildi[3]
  • Film barədə akademik Cəfər Cəfərov demişdir ki, filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır.[3]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Sabit Rəhman[4]
Quruluşçu rejissor: Adil İsgəndərov
Quruluşçu operator: Yuli Fogelman
Quruluşçu rəssam: Məmməd Hüseynov
Bəstəkar: Rauf Hacıyev
Səs operatoru: Əziz Şeyxov
Rejissor: Yusif Bağırov
Operator: B. Vlasov
Montaj edən: L. Kyakşt, Tahirə Babayeva
Baletmeyster: Əlibaba Abdullayev
Geyim rəssamı: Kazım Kazımzadə
Mahnıların Mətni: Tələt Əyyubov
Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Redaktor: M. Qurbanov
Filmin direktoru: S. Bəyazov
Pianoda çalan: Akif Abdullayev ("Leyla" əsəri)
Məmmədrza Şeyxzamanov — Şirin
Nəcibə Məlikova — Nərgiz
Elxan Qasımov — Sürücü Əhməd
Nonna Paçuaşvili — Ceyran
Mustafa Mərdanov — Məmməd kişi
Ağahüseyn Cavadov — Usta Əhməd
Lütfəli Abdullayev — Zülümov
Eldəniz Zeynalov — Rəngsaz Əhməd
Lena Tolstova — Ağbəniz
Səyavuş Aslan — Ramiz
Novruz Axundov — Oqtay
Töhfə Əzimova — Leyla
Səyavuş Şəfiyev — Əhməd[5]
Yusif Yulduz — Yusif
Tələt Rəhmanov — Kənd sakini
Əbdül Mahmudov — Kənd sakini
Bəşir Səfəroğlu — Sərxoş Əhməd
Məmmədsadıq Nuriyev — Fəhlə Əhməd
Əliağa Ağayev — Xəzinədar
Amaliya Pənahova — Məsmə
Dadaş Kazımov — Komissiya üzvü
Əliheydər Həsənzadə — Vağzal işçisi
Mənsur Məmmədov — Rəqqas (titrlərdə yoxdur)
Arif Mədətov — Rəqqas (titrlərdə yoxdur)
Kamil Dadaşov — Rəqqas (titrlərdə yoxdur)
Əmənulla Rəsulov — Mərdanzadə (titrlərdə yoxdur)
Aleksandr Sarkisov — Komendant

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Yusif Vəliyev — Şirin (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur)
Həsənağa Turabov — Əhməd (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur)
Müxlis Cənizadə — Sürücü Əhməd (Elxan Qasımov) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə — Ofeliya (titrlərdə yoxdur)
Hökümə Qurbanova — Leyla (Töhfə Əzimova) (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli — Komendant (Aleksandr Sarkisov ) (titrlərdə yoxdur)
Hüseynağa Sadıqov — Ramiz (Səyavuş Aslan) (titrlərdə yoxdur)
Mirvari Novruzova — Nərgiz (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Bahadur Əliyev — Rəngsaz Əhməd ( Eldəniz Zeynalov) (titrlərdə yoxdur)
Həsənağa Salayev — Mərdanzadə (Əmənulla Rəsulov) (titrlərdə yoxdur)
Məmmədsadıq Nuriyev — Kənd sakini (Tələt Rəhmanov ) (titrlərdə yoxdur)
  1. Novruz, R. “Ulduz”, “Əhməd haradadır?”, “Görüş” filmləri çox sadəlövh filmlərdir: Ramiz Novruz: “Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xalidə Gəray //Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13.
  2. "Məşhur şofer Əhməd: "Film çəkiləndə "Ceyran"ı oynayan aktrisanın ərini "tok" vurub öldürdü"". 2017-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
  3. 1 2 Aydın Kazımzadə, "Kinosalnamə" verilişi, 09.11.2013
  4. Allahverdiyev, E. Şedevrlər kolleksiyası: "O olmasın, bu olsun", "Hicran", "Ulduz", "Əhməd haradadır?" və s.: [Yazıçı və dramaturq Sabit Rəhmanın Azərbaycan kinosunun inkişafındakı rolu haqqında] //Ekran-efir.- 2010.- 14 may.- S. 7.
  5. "Əhməd haradadır?": Siyavuş Səfiyevin ölümündən 9 il ötür: [Əməkdar incəsənət xadimi Siyavuş Səfiyev haqqında] //Şərq.- 2010.- 25 noyabr.- S. 14.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]