Şinçay - Şəki rayonunda çay.
Şinçay | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflançay Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır.
Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür. Bu çayın dərəsinin yamacları 1700–1800 m mütləq yüksəklikdən etibarən çılpaqlanmış vəziyyətdədir.[2]
1920-ci ilə qədər Şinçay Baş Layısqı kəndinin sahilindən axırdı. 1920-ci ildə güclü sel nəticəsində çay öz məcrasını dəyişərək Baş Göynük kəndinin sahilindən axmağa başlamışdır. Bu güclü seldən sonra kəndin sahilində yerləşən Ağalar kəndi tamamilə silinmişdir. Tez-tez çay öz məcrasından çıxdığına görə və bu zaman Baş Göynük kəndinin rayon mərkəzi ilə əlaqəsinin kəsildiyinə görə Şinçay üzərində körpü inşa edildi. Uzunluğu 169 metr, qabariti 4.5 metr, 40-50 ton yükə hesablanmış bu körpünün inşası 2005-ci ildə tamamlandı. 2010-cu il 8 dekabr tarixində isə Şinçayın Şəki rayonunun Zunud kəndindən keçən hissəsində Azərbaycanın ən uzun körpüsünün (1300 m) inşası tamamlandı.[3]