Tötö kanalı — Orta Asiyanın Fərqanə vadisində hunlar tərəfindən qurulan və göytürklər tərəfindən də istifadə olunmuş tarixi suvarma kanalı.[1][2]
Tötö kanalı | |
---|---|
Axdığı yerlər | Fərqanə vadisi |
Uzunluğu |
|
Kanal Orta Asiyada suvarılan torpaqların sahəsini artırmaqla daha çox məhsul əldə etmək üçün qazılmışdı. Sovet arxeoloqlar Tötö kanalının çox çətin ərazidə, güclü mühəndislik səyləriylə reallaşdırıldığını bildirmişdir. Kanal qazılması son dərəcə çətin olan qayalıq ərazidə açılaraq, iki vadini birləşdirmişdir.
Kanalın mövcud olduğu bölgədə suvarma kanalı inşa etmək istəyən ruslar daha yaxşısını edə bilməyəcəkərini başa düşmüş və mövcud kanalı bərpa etməklə yenidən ondan istifadə etməyə başlamışdırlar. Bu kanal bəzilərinə görə, göytürklərin sadəcə döyüşçü sivilizasiya deyil, eyni zamanda müdrik və proqressiv elmlərdə bacarıq sahibi olan topluluq olduğunun sübutu hesab edilir.[3]
Əsasən, köçəri maldarlıqla məşğul olan göytürklərin bir qismi çox ehtimal oturaq həyata keçmiş və bu kanaldan istifadə etmişdir.[4]
10 km uzunluğundakı Tötö kanalı 1935-ci ildən bəri suvarma məqsədiylə yenidən istifadə edilməkdədir.[5]