Tüklü maralça (lat. Epicometis hirta Poda.) Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ
Tüklü maralça | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Sərtqanadlılar (Coleoptera) dəsətəsinin lövhəbığlar fəsiləsindən olub, qırmızımtıl ayaqları və qanadüstü oval formada olan qara rəngli böcəkdir. Bədəni və qanadüstü bozumtul pulcuqlarla örtülmüşdür. Bığcıqları gözlərlə yan-yana olub oxlov şəklindədir. Bədənin uzunluğu 9-12 mm-dir. Yaşlı fərdləri Naxçıvan MR-in meyvə bağlarında geniş yayılaraq meyvə ağaclarının tumurcuq və çiçəklərinə ciddi zərər verirlər. Xüsusilə ərik, şaftalı və heyvanın tumurcuq və çiçəklərinə 30-35 % zərər yetirir ki, bu da məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur.
Böcək imaqo mərhələsində torpaqda qışlayır. Yazın əvvəllərində (martın axırı, aprelin əvvəlləri) qış yerlərindən çıxan böcəklər, bəzək bitkilərinin təzəcə əmələ gəlmiş tumurcuqları və sonra təzəcə açılmış çiçəkləri ilə qidalanırlar. Abşeronda az hallarda yenicə açılmış yarpaqlarla da qidalanmaları müşahidə edilmişdir. Qidalandıqdan 8-10 gün sonra cütləşməyə başlayırlar və 6-8 gündən sonra, may ayının əvvəlində dişi fərdlər yumurta qoymağa başlayır. Hər bir dişi fərd, (yumurtalar tək-tək olmaqla) 15-20 ədəd yumurta qoyur. Yumurtalar torpağın alt (3-5 sm) qatına qoyulur. 8-10 gündən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfə mərhələsi 50-55 gün davam edir. Onlar torpaqda olan bitki qalıqları və kiçik canlı orqanizmlərlə qidalanaraq son yaş mərhələsini bitirib, puplaşırlar. Pup mərhələsi 15-20 gün çəkir. Müşahidələrə əsasən, böcək ildə bir nəsil verir. Bəzi illərdə hədsiz çoxalaraq meyvə və dekorativ ağaclara ciddi zərər yetirirlər.
Estoniya, Rusiya (Voronej, Kurski, Saratov, Kuybişev) Qafqaz, Qazaxıstan, Şərqi Avropa.Azərbaycanda Naxçıvan MR-in meyvə bağlarında geniş yayılıblar.