Tüklü rindera

Tüklü rindera (lat. Rindera lanata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin rindera cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii)c(i, iiiEN B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.

Tüklü rindera
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Rindera lanata

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi düz, qranlı-şırımlı, çiçək qrupu budaqlanan süpürgədir. Yarpaqları bozdur, kökətrafı yarpaqları lansetvari və ya uzunsov iti, 6-18 sm uzunluğunda, 0,8-1,2 sm enindədir. Çiçək qrupu süpürgə, yuxarıdan qalxanvari, sıx, daha sonra syerək, çiçək altlığı yoxdur. Kasacığı 4–6 mm uzunluğunda, ağ tükcüklü, uzunsov dilimlidir. Çiçək tacı çəhrayı, sonradan maviləşəndir, 8–10 mm uzunluğundadır. Qanadları dikduran, xətvari, lansetşəkilli, küt, borucuğa bərabərdir. Erkəkcik çiçək tacının borucuğunun mərkəzinə bitişmişdir. Sütuncuq 12 mm uzunluqdadır. Fındıqcası iri, dairəvi, qanadları ilə birlikdə 12–15 mm diametrindədir. Qanadlar geniş, tamkənarlıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi may-iyun, meyvəverməsi iyun-iyul aylarına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarına qədər, quru, daşlı yamaclarda rast gəlinir.

Naxçıvanın dağlıq hissəsidir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii ehtiyatı məhduddur. Mənfi təsirlər azalma tendensiyasını yaradır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (ekstermal iqlimə malik ərazilərdə yayılması, kortəbii otarılma, tapdalanma), iqlim və ətraf mühit amillərinə həssaslıqdır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Areallarının mütəmadi monitorinq olunması, mümkün rezervasiya imkanlarının araşdırılması və toxumlarının toplanaraq toxum bankında qorunmasıdır.