Tüklü yemişan

Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Meyer yemişanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur. Cavan zoğları gilənarı qırmızıdır, çox vaxt qısalıb yarpaqlaşmış tikanlara çevrilmişdir. Yarpaqlarının üst tərəfi tünd yaşıl rəngdə, alt tərəfi daha açıqdır, hər iki tərəfi keçəvari tüklüdür, qısa zoğların aşağı yarpaqları uzunsov-tərs yumurtavarıdır. Qaidəyə tərəf paz şəklində daralmışdır, təpə hissəsi dişli və ya üçdilimlidir. Yuxarı yarpaqlarının uzunsov-rombşəkilli, oturacağa yaxın hissəsi daha enli, pazşəkillidir, adatən 5 yerə, bəzi hallarda isə 7 yerə bölünmüşdür. Dilimləri ensiz və təpəyə yaxın mişarkənarlıdır. Arasındakı oyuqlar dərindir, ensizdir, dilimlərin kənarı çox vaxt bir-birinə toxunur, uzun zoğların yarpaqları 5-7 dilimlidir. Bu dilimlər daha enli və tüklü, kənarı daha iridişlidir, saplaqları yarpaq ayasından 2-3 dəfə qısa, üzəri sıx saçaqlıtüklüdür. Çiçək qrupunda 10-15 çiçək vardır; budaqları, çiçək saplaqları və çiçək yatağı bozumtul sıx keçətüklüdür. Tacı ağdır, diametri 15–17 mm-dir. Kasayarpaqcıqları uzunsov uçbucaqdır. Sütuncuqları 2, nadir hallarda 1-dir. Meyvələri ovalşəkilli, dəyirmi, tünd qırmızı rəngdədir. 12–18 mm uzunluqda, ətli, 2, az-az hallarda 1 çəyirdəklidir. May ayında çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir.

İstiyə, soyuğa, küləyə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda, Naxçıvanda və Lənkəranda orta dağ qurşağından başlamış 2500 m yüksəkliyə qədər yayılıb.

Park və bağlarda yaşıllaşdırmada istifadəsi mümkündür.