Tüklümeyvə ərik (lat. Prunus dasycarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Tüklümeyvə ərik | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Tüklümeyvə ərik |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Vətəni Çindir. Təbii halda ABŞ-də, Əfqanıstanda, İranda, Orta Asiyada, cənubi Qafqazda yayılmışdır.
Hündürlüyü 6 m-ə çatan, qırmızımtıl zoğlara malik ağacdır. Yarpaqları yumurtavaridir, ayanın kənarları xırda mişar dişlidir, 6 sm uzunluqda saplağa malikdir. Çiçəkləri ağdır, aprel ayında çiçəkləyir. Meyvəsi çəyirdəkdir, meyvə yanlığının səthi çox kiçik tükcüklərlə örtülüdür, yumrudur, açıq-qırmızıdan bənövşəyiyə qədər müxtəlif rənglərdə olur, çəyirdəyi kələ-kötürdür, lətdən ayrılmır, iyulda yetişir. Bu növ adi əriyə nisbətən gec çiçəkləyir.
İşıqsevən, quraqlığa, soyuğa və göbələk xəstəliklərinə davamlı, istisevəndir.
Naxçıvan MR-da, Ordubad rayonunda yayılmışdır. Azərbaycanda bu növün qırmızıyanaq, ağ növrəstə, sarı Naxçıvan, və s. yarımnövləri becərilir. Belə güman edilir ki, bu növ əriklə alçanın təbii hibrididir, ona görə bəzən qaysı gavalı da adlanır. Abşeronda həyatyanı sahələrdə rast gəlinir.
Qida kimi istifadə olunur. Qış mövsümündə yaşıllaşdırılmada həmişəyaşıl bitkilər fonunda gözəl görünür.