Təbii halda Şimali Amerikada yayılmışdır.
Tülpan ağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tülpan ağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 20-30 m, eni 20-24 m, gövdəsinin diametri 50 sm olan, şaxələnmiş, yumru çətirli ağacdır. Yarpaqların uzunluğu 8-22 sm, eni 6-25 sm-dir. Yarpaqların üstü parlaq yaşıl, payızda isə sarımtıl rəng alır. Tumurcuqları iri, küt, 2 qabıqlıdır. Çiçəkləri ikicinsli, görünüşünə görə tülpanın çiçəklərinə bənzəyir, tək, diametri 3-10 sm, yaşılımtıl-sarıdır. Çiçək yanlığının 9 xırda yarpağı vardır, onlardan üçü üstdə, yumurtavari-neştərvari, yaşılımtıl-ağ, tez tökülən kasayarpaqlı və altı enli-yumurtavari, açıq yaşıl, içəridə ləçəkləri yerləşir. Çiçəkləri zəif xiyar ətirlidir. Erkəkcikləri və dişicikləri sünbülün ətrafında spiral şəklində yerləşir; erkəkcikləri tökülür, dişicikləri isə qanadcıq formasında olur. Çiçəkləməsi iqlim şəraitindən asılı olaraq apreldən iyuna qədər davam edir. Meyvəsi qozatəhər çıxıntıdan ibarətdir. Bu çıxıntı uzunluğu 4-9 sm olan, dörd hissəli toxumlu, bir və ya iki qanadcıqdan ibarətdir. Bitki 100-200 il yaşayır.
İşıq və istisevəndir, kölgələnməyə dözür, hər hansı torpaqda bitir, quraqlığa, küləyə və soyuğa davamlıdır, çox nəmişliyi sevmir.
Zaqatala, Gəncə, Bərdə və Xaçmazda təsadüf edilir.
Çətiri, yarpaqları, çiçəkləri, gövdəsi və meyvələri bitkiyə çox dekorativ görünüş verir. Yaşıllıqlarda istifadə üçün çox yararlıdır. Hətta çiçəkləmədikdə belə qeyri-adi gözəl yarpaqları ilə seçilir.