Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Tünd rəngli dovşanalması | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Tünd rəngli dovşanalması |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır.
Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür. Kasacığın dişcikləri eni üçkünc, ucu daralmışdır. Çiçək tacı xırda, eni 6-8 mm, ləçəkləri şaxələnmiş, ağ, əyilmiş, uzunluğu 2-2,5 mm, əks-yumurtavari-yumru, bünövrənin üzərində tükcüklü, kənarları kəsiklidir. Sütuncuqları 2, yumurtalığın ucu tükcüklüdür. Meyvələri əks-yumurtavari, uzunluğu 5-7 mm, eni 4-6 mm, qonurtəhər, al qırmızı-qara rəngdədir. Çəyirdəkləri 2, əks-yumurtavari, uzunluğu təxminən 5 mm, qonurdur.
Meşə zolağının aşağı və orta hissələrində, quru, əsasən açıq, daşlıq və çöl yamaclarında və kolluqlarda bitir.
Zaqafqaziya, şimali-şərqi Azərbaycan, Şəkidən 8 km şimala, çınqıllı yamaclarda yayılmışdır.
Tək və qrup əkinlərində istifadəsi məqsəd yönlüdür.