Türban tullama

2022-ci ildə etiraz nümayişi kimi türbanın tullanılması.

Türban tullama, və ya ammameparani (fars. عمامه‌پرانی‎) — İranda etirazçıların şiə ruhanilərinə nifrətlərini bildirmək və bununla da onları təhqir etmək üçün bir mollanın başındakı türbanı tullaması.[1] Tipik olaraq, etirazçı hədəfin yanından qaçır, baş geyimini çıxarır və həbs olunmamaq üçün qaçmağa davam edir. 2022-ci ildə İranda Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı insanlar bu hərəkəti lentə alıb sosial şəbəkələrdə yerləşdirmişdir. Bu, etiraz metodunun qısa müddətdə populyarlaşmasına səbəb olmuşdur.[2][3][4]

Türban tullamaq qadınların ruhani quruluşa qarşı müqavimətinin ifadəsi kimi müşahidə olunmağa başlanmışdır. Bu hərəkəti əvvəlcədən planlaşdıran qadınlar saçlarını örtmədən bunu həyata keçirmişdilər, bu da qanunla cəzalandırılırdı.[5] Buna baxmayaraq, bu qanunsuz əməldə iştirak məqsədyönlü olmuş və presedent yaratmışdır.[6] Etirazın bu iki formasının birləşməsi, həmçinin qadının öz saçını örtməkdən imtina etməsi, başqa şeylərlə yanaşı, üç məqsədə xidmət edir. Birincisi, bu, İranda teokratik qanunlar ilə əməkdaşlıqdan imtinanın ifadəsidir. İkincisi, bu, Mahsa Əmini etirazları zamanı etirazçıların əsas hədəfi olan İran əxlaq polisinə qarşı vətəndaş itaətsizliyini ifadə edir. Üçüncüsü, bu, etirazlar barədə məlumatlılığın artırmaq, mülki narazılığın mövcudluğunu göstərmək, status-kvonun tərəfdarlarını qəzəbləndirən sosial və dini tabulara əl atmaq üçün şərait yaratmaq məqsədi daşıyan bir aktdır.[7] Bəziləri inanır ki, müsəlman ruhanilərinin geyimi islam peyğəmbərinin geyimidir və ona hörmət edilməlidir.[8]

İranın müasir tarixində ilk dəfə 1909-cu il İran Məşrutə inqilabının təntənəsi zamanı kiminsə türbanı atılmışdır. Burada Yusif xan Şeyx Fəzlullah Nurinin çamağını etirazçılara atmışdır.[9][10]

İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyni mollalara qarşı müxalifətdə olanlardan ilk növbədə öz türbanlarını çıxarmağı tələb etmişdir. O, bunu İraqın Nəcəf şəhərində sürgündə olarkən bildirmiş, Pəhləviləri dəstəkləyən iranlı din xadimlərini alçaldaraq onları "məhkəmə mollaları" və ya "rüşvətxor mollalar" adlandırmışdır. Xomeyni demişdir ki, "gənclərimiz islam fəqihləri adı ilə müsəlman cəmiyyətində fitnə-fəsad törədən mollaların türbanlarını götürməlidirlər. Onları çox döyməyə ehtiyac yoxdur, sadəcə olaraq türbanlarını götürmək kifayət edir".[8][11][12][13]

Məhsa Əmini etirazları

[redaktə | mənbəni redaktə et]

Məhsa Əmininin ölümündən sonra 2022-ci ildə İranda ümummilli etirazlar zamanı türban tullama siyasi kampaniyaya çevrilmişdir.[14] Bu, 3 noyabr 2022 tarixindən etibarən genişlənmişdir.[8] İnsanlar dini hökumətdən və İslam Respublikasının rəhbərlərindən narazı olduqlarını bəyan etmək üçün ruhanilərin türbanlarını tullamışdılar.[15]

  • İraqlı din xadimi və İraq şiələrinin liderlərindən biri olan Müqtəda əs-Sədr bu aktı tənqid etmiş və onun digər müsəlman ölkələrinə yayılmasından narahatlığını bildirmişdir.[16]
  • "Ammameparani"yə cavab olaraq "ammamebusi" adlı paralel kampaniya başladılmışdır (fars. عمامه‌بوسی‎; hərf.türban öpmək).[17] İran və İraqda bəzi insanlar din xadimlərinə hörmət əlaməti olaraq mollaların türbanlarını öpmüş və bu əməli lentə alaraq sosial şəbəkələrdə yaymışdılar.[18]
  1. "Fear of the regime is eroding in Iran". 4 November 2022. 5 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2024.
  2. "عمامه‌پرانی به ترکیه رسید". Horriat. khabaranlain. 19 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2022.
  3. "One video of Ammameparani in Tehran". voanews. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  4. "Ammameparani in Tehran by a young person". voanews. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  5. Esfandiari, Golnaz; Fatemi, Hamid. "In New Tactic, Young Iranian Protesters Knock Off Clerics' Turbans On The Street". RadioFreeEurope/RadioLiberty. 11 November 2022. 16 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  6. Fatima, Sakina. "Iran anti-hijab protests: Protestors knock turbans off clerics' heads". The Siasat Daily. 13 November 2022. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  7. "As Iran's clerics face a "turban tossing" trend, army warns it's ready to quash protests". CBS News. 10 November 2022. 16 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  8. 1 2 3 "اعترضات در ایران؛ عمامه‌پرانی از چه زمانی آغاز شد". Masud Azar. BBC Persian. 3 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2022.
  9. "تجربه‌ای تاریخی از عمامه‌‌پرانی در ایران". Hadi Ansari. Khabranlain. 13 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2022.
  10. "ضرورت عبرت‌گیری از حوادث مشروطه مشروعه". Tasnim. Tasnim. 28 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
  11. "باید عمامه آخوندهای مفسد را از سرشان بردارید/ مگر جوانان ما مرده‌اند؟ + صوت". Farsnews. Farsnews. 9 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2018.
  12. "دستور امام خمینی برای کشیدن عمامه از سر آخوندهای فاسد". Eghtesadnews. Eghtesadnews. 29 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2018.
  13. "آخوندهای درباری را طرد کنید". Khomeini Publication Institute. Khomeini Publication Institute. 28 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2022.
  14. "عمامه‌پرانی کارزاری به مثابه اعتراض به حاکمیت دینی". Ali Heydari. AlArabiyaFarsi. 3 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2022.
  15. "عمامه‌پرانی، شکل جدید اعتراض". Iraninnternational. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
  16. "انتقاد و نگرانی مقتدی صدر از عمامه افکنی در ایران و سرایت اعتراضات ضد حجاب به دیگر کشورها". BBC Persian. 8 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2022.
  17. "عمامه‌بوسی جوانان پاسخی به اهانت‌ها به ساحت روحانیت+فیلم". Mashreghnews. 8 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2022.
  18. "ویدیویی وایرال شده در شبکه‌های مجازی از عمامه‌بوسی در عراق". Khabaranlayn. 8 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2022.