Türküstan Hərbi Dairəsi

Türküstan Hərbi Dairəsinin xəritəsi (1913)

Türküstan Hərbi DairəsiOrta AsiyaQazaxıstan ərazisində 1867-1920-ci illərdə Rusiya imperator ordusunun tərkibində, 1945-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə.

Hərbi dairənin tarixi

[redaktə | mənbəni redaktə et]

Türküstan Hərbi Dairəsi Rusiya İmperiyasının hərbi naziri tərəfindən 1874-cü ildə həyata keçirilən hərbi islahat nəticəsində Rusiya ərazisində yaradılan 14 hərbi dairədən biridir.

Türküstan Hərbi Dairəsinin ilk komandanı konstantin Petroviç fon Kaufman (1867-1882) olmuşdur. Türküstan Hərbi Dairəsinin komandanı eyni zamanda Türküstanın general-qubernatoru və Yeddisu kazak ordusunun atamanı vəzifələrini də tuturdu. 1897-ci il 26 dekabrda Zakaspi və Yeddisu vilayətləri Rusiya Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Türküstan Hərbi Dairəsinin tabeliyinə verildi

Bolşeviklər hakimiyyətə gəldikdən sonra 30 aprel 1918-ci ildə Rusiyanın tərkibində Türküstan Muxtar Respublikası təşkil olundu. 4 may 1918-ci ildə Türküstan Muxtar Respublikasının tərkibinə daxil olan Zakaspi, Yeddisu, Sır-Dərya, SəmərqəndFərqanə vilayətlərini əhatə edən Türküstan Hərbi Dairəsi yenidən təşkil olundu.

Bu ərazidə Türküstan Hərbi Dairəsinin yenidən təşkilindən dərhal sonra fəal fərbi əməliyyatlar başlandı. Basmaçılar hərəkatının fəallaşması ilə əlaqədar 9 iyul 1918-ci ildə Fərqanə vilayətində hərbi vəziyyət elan olundu. 7 dekabr 1918-ci ildə P.D.Krutikovun başçılığı ilə Fərqanə cəbhəsinin operativ qərargahı [1]təşkil olundu.

Hərbi dairənin ərazisində aparılan döyüş əməliyyatlarının güclənməsi ilə əlaqədar onun funksiyaları 7 mart 1920-ci ildə Türküstan cəbhəsi komandanlığına [2] verildi, hərbi dairə isə ləğv olundu. Əvvəllər olduğu kimi Türküstan cəbhəsinin qərargahı da Daşkənddə yerləşirdi.

SSRİ İnqilabi Hərbi Şurasının 4 iyun 1926-cı ildə Türküstan cəbhəsi Orta Asiya Hərbi Dairəsi adlandırıldı və hərbi dairə Türkmənistan SSR, Özbəkistan SSR, Qırğızıstan MSSR və Tacikistan MSSR-in ərazilərini əhatə edirdi. 1940-cı ilin avqustunda Orat Asiya respublikalarının və vilayərlərinin inzibati-ərazi bölgüsündə edilmiş dəyişikliklərlə əlaqədar Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan SSR hərbi dairənin tərkibinə daxil edildi. Hərbi dairənin qərargahə Daşkənd şəhərində yerləşirdi.

9 iyul 1945-ci ildə Orta Asiya Hərbi Dairəsinin Orta Asiya və Çöl Hərbi dairələrinə bölünməsi ilə əlaqədar Türküstan Hərbi Dairəsi yenidən təşkil olundu.

Sovet İttifaqının dağılması ilə əlaqədar 30 iyun 1992-ci ildə Türküstan Hərbi Dairəsi ləğv olundu. Hərbi dairənin ərazisi Mərkəzi Asiyanın 5 yeni müstəqil dövləti: Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında bölüşdürüldü.

  1. "Архивы России. «Управление армиями Туркестанского фронта»". 2018-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
  2. "Туркестанский фронт. Новое зеркало Хроноса". 2007-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
  • Краснознамённый Туркестанский / Под общ. ред. генерала армии Н. И. Попова. — 2-е изд., испр. и доп. — М.: Воениздат, 1988.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]