Türk şirniyyatları (siyahı)
Şirniyyatın adları | Şəkil | Növ | Təsvir |
---|---|---|---|
Acıbadəm kurabiyəsi | Kurabiyə | Badam, şəkər, yumurta ağı ilə hazırlanır. Üzərinə 1 ədəd acı badam qoyulur. | |
Aşura | Muhallebi | Aşura pudinqi və ya Nuh pudinqi taxıl, meyvə və qozkimilər qarışığından ibarət türk deserti. Aşura pudinqi, İslami təqvimin ilk ayı Məhərrəmin onunda və ya Aşura günü təklif edilir. | |
Heyva şirniyyatı | Meyvə | Heyva meyvəsindən hazırlanan şərbətli Türk şirniyyatı | |
Badam əzməsi | Badam | Badam xəmiri, badam əzməsi, marzipan, marsipan və ya martsipan — üyüdülmüş badam , yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur. | |
Türk paxlavası | (Phyllo) Filo xəmiri | Türk, Orta Şərq, Balkan və Cənubi Asiya mətbəxlərində əhəmiyyətli bir şirniyyatdır. Bölgəyə görə nazik qatlar arasında qoz, püstə, badam və ya fındıq qoymaqla edilir. Ayrıca, bal şərbətindən istifadə edilə bilər. Bəzi ticarət şirkətləri öz xüsusi şərbətlərindən istifadə edirlər. | |
Bülbülyuvası | (Phyllo) Filo xəmiri | Türk mətbəxinə aid xəmir şirniyyatı. Adını dəyirmi formasına və ortasındakı boşluğa görə almışdır. Bişdikdən sonra üzərinə ilıq şərbət tökülür. Süfrəyə verməzdən əvvəl ortasına püstə ilə doldurulur. | |
Cəzəryə | Şəkərləmə | Şəkərlənmiş kök, rəndələnmiş hindistan qozu ve fıstıq | |
Qozlu sucuk | Bəkməz və qoz qarışığından hazırlanmış kolbasa şəklində qurudulmuş şəkərləmə. | ||
Dəmir tatlısı | qızardılmış xəmir | Dəmir qəliblə hazırlanan xəmir qızartması | |
Dilbər dodağı | Xəmir |
Şərbətli kərəyağlı sadə şirniyyat | |
Dondurma | Süd məhsulu | ||
Əkmək kadayıfı | Muhallebi | Bayat çörək və şərbətdən hazırlanan desert | |
Güllaç | Süd və meyvə | Südlü desert | |
Xanımgöbəyi | Xəmir | Şərbətli xəmir qızartması | |
Hoşaf | Meyvə |
Qaynadılmış quru meyvə, mixək və darçın ilə ətirləndirilir | |
Höşmərim | Halva | Pendir halvası | |
Balqabaq deserti | Meyvə | Balqabaq deserti adətən qoz və qaymaqla süfrəyə verilir. | |
Kadayıf | Kadayıf Osmanlı mətbəxində bir çox şərbətli desertlərin ortaq adıdır. | ||
Kalburabasdı | Xəmir | Şərbətli xəmir | |
Qaysava | Meyvə | Qaysava quru meyvə və kərə yağı ilə hazırlanan desertdir. | |
Qazandibi | Muhallebi | Südlü pudinq | |
Kəşkül | Muhallebi | Kəşkül, süd, döyülmüş badam, şəkər, düyü unu və kartof unu ilə bişirilir.Bişirmə texnikası Muhallebi kimidir. | |
Komposto | Meyvə | Meyvə və şəkər | |
Künefe | Xəmir | Tel kadayıf və pendir | |
Lokma | Xəmir qızartması | Mayalanmış xəmir qızardılaraq üzərinə şərbət ya bal tökülür | |
Lokum | Su, şəkər, nişasta istifadə ilə hazırlanan şəkər. | ||
Macun şəkəri | Rəngarəng yumşaq şəkər | ||
Muhallebi | Süd | ||
Bəkməz | sirop | Bəkməz çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı sirop. | |
Pepeçura | Muhallebi | Üzüm muhallebisi | |
Pestil | Meyvə | Meyvə məti nazik yarpaq şəklinə salınaraq qışa saxlanılır. | |
Pişmaniye | Halva | Un, yağ, şəkər | |
Revani | tort | Ərəb ölkələrində basbousa adlanan şərbətli manna yarması tortu. | |
Şəkərparə | Xəmir şirniyyatı | ||
Şıllık | Krep | Urfanın qozlu krep şirniyyatı | |
Şöbiyət | Filo | Kremli paxlava | |
Supangle | Tort | Keks üstündə şokolatlı muhallebi | |
Südlü Nuriyə | Filo | Süd, qoz, şəkər və unla hazırlanan paxlava. | |
Toyuq köksü | Muhallebi | Süd, şəkər, düyü unu və toyuğun döş əti ilə hazırlanan desertdir. | |
Tulumba tatlısı | Xəmir qızartması | Şərbətli xəmir qızartması | |
Zərdə | Muhallebi | Zəfəranlı muhallebi |