Türk Yapı Sənaye

"Türk Yapı Sənaye" — gips və gips əsaslı məhsullar istehsal edən, 2006-ci ildə türk iş adamları tərəfindən yaranmış şirkətdir.[1]

Türk Yapı Sənaye
Ümumi məlumatlar
Sənaye tikinti
Məhsulları gips və gips əsaslı məhsullar
Təsis tarixi 2006
Baş qərargahın yeri Goranboy, Azərbaycan Azərbaycan
www.turkyapi.az

Türk Yapı Sənaye” MMC şirkətinin əsası 2006-cı ildə türk iş adamları tərəfindən qoyulmuşdur. Şirkət gips və gips əsaslı inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır. Zavod Azərbaycan Respublikasının Goranboy rayonunda yerləşir.

Şirkət məhsul platformasında Nur, Kəpəz, Kars, Pakçim əmtəə nişanlı astar və üzlük suvaqları, keramika və qranit yapışdırıcıları və s. kimi markalarını özündə birləşdirir.

  • 27 may 2013-cü ildə ABŞın Nyu York şəhərində "Kəpəz Alçı" gips ve sement əsaslı məhsulları Qızıl keyfiyyət mükafatına layiq görülmüşdür.[2][3]
  • 9 mart 2014-cü ildə İsveçrənin Cenevrə şəhərində təşkil edilmiş beynəlxalq tədbirdə Türk Yapı Sənaye MMC Platinum kateqoriyasında mükafat əldə etmişdir.
  1. "Arxivlənmiş surət". 2018-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-24.
  2. "Arxivlənmiş surət". 2018-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-24.
  3. http://www.e-senaye.az/index.php?action_space=company_detail%7C304%7Cservice_index&company_id=304[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]