Türk axını

Türx axını (türk. Türk Akını, rus. Турецкий поток) ya da rəsmi adı ilə TürkAxın[1]Rusiyadan başlayıb Qaradəniz üzərindən Türkiyəyə köçürülməsi planlanan təbii qaz boru xətti layihəsinin adı. Layihənin tövsiyəsi Türkiyəyə etdiyi bir dövlət ziyarəti vaxtı 1 dekabr 2014 tarixində Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən edildi.[2][3] Daha əvvəlcədən edilməsi planlanan "Cənub Axın Layihəsi"nin yerini alan layihə 10 oktyabr 2016 tarixində imzalanan Dövlətlərarası Müqavilə ilə rəsmiyyət qazanmışdır.[4][5]

Boru xəttinin Anapa yaxınlarındakı Russkaya kompressor dayanacağından başladılması planlanarkən, Türkiyəyə haradan giriş edəcəyi hələ qərar bağlanmamışdır. Xəttin Türkiyədəki başlanğıc nöqtəsinə qərar verildiyinə "Gazprom"un boru döşəmə işlərinə tezliklə başlaması gözlənilməkdədir.[5] Həmçinin iki dənə boru döşəmə gəmisi Qaradənizdə hal-hazırda gözləyir.[6]

Boru xəttinin planlanan təxmini daşınma tutumu ildə 31.5 milyard kub metrdir.[5] Türkiyənin bu layihədən ildə 15.75 milyard kub metr təbii qaz alması və qalan 15.75 milyard kub metr qazın Avropaya ixrac edilməsi düşünülür.[4] Ancaq, Türk-Yunan sərhədində Avropaya köçürüləcək təbii qaz xəttinin bu miqdarı daşımaq üçün yetərli tutumu olmadığı tərəfdən narahatlıqlar da vardır.[7] Avropa Enerji Komissiya başçısı Maroş Şefçoviç isə tövsiyə edilən boru xəttinin müştərilərinin tələblərini aşdığını müəyyən edir.[8] Nəticə olaraq Rusiya ilə Türkiyə arasındakı müzakirələr hələ tamamlanmış deyildir.[9]

Türkiyə və Rusiya arasındakı ilk birbaşa təbii qaz boru xətti olan Mavi axın 2005-ci ildə dövriyyəyə girdi. Daha sonra genişləndirmə planı çərçivəsində adı "Cənub axını" olaraq dəyişdirildi. 2009-cu ildə Rusiya dövlət başçısı Putin, Qaradənizin altından keçərək Samsundan Ceyhana qədər uzanan və həmçinin Suriya, Liviya, İsrailKipri də ehtiva edən "Mavi axın 1" layihəsini açıqladı.[10]

  1. "Turk Stream". 2017-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  2. "Putin:Russia Cannot Continue South Stream Construction in Current Situation". 2016-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  3. ""Russia drops South Stream gas pipeline plan"". 2014-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  4. 1 2 ss441.pdf
  5. 1 2 3 "Launch date of Turkish Stream not to differ much from South Stream schedule - Gazprom". 2015-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  6. "Game on for 'Turkish Stream'". 2015-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  7. "Russia's New Turkish Stream Gas Strategy More Bark Than Bite". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  8. "EU Energy Chief Says Russia's Turkish Stream Gas Project Won't Work". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  9. Presses Ahead With Plan for Gas Pipeline to Turkey
  10. "Gazprom, Turkey Revive and Reconfigure Blue Stream Two". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.