Türk məktubları, Qanuni Süleyman dövründə Osmanlı imperiyasında səfir olmuş Avstriya diplomatı Ogier Ghiselin de Busbecqin əsəridir. Busbek Osmanlı ölkəsi, xüsusən də İstanbulla bağlı müşahidələrini Türk məktublarında çatdırır. Əsrlər boyu bu əsər Qərbin XVI əsr Osmanlı imperiyasını tanımasının əsas səbəbi olmuşdur.
Busbek Osmanlı imperiyasında olduğu müddətdə diqqətli müşahidələr aparmış və müşahidələrini dostu, macar diplomatı Nikolas Michaulta yazdığı dörd məktubda (üçü İstanbulda olarkən yazılmış) cəmləmişdir.
Dini ayrılığın çox vacib olduğu və müharibə narahatlığının hökm sürdüyü bir vaxtda Busbekin Osmanlı imperiyası ilə bağlı müşahidələrinin çox ədalətli olacağını gözləmək olmaz. Məsələn, Busbek İranla müharibələrdən bəhs edir, Osmanlı imperiyası ilə İran arasındakı müharibələrin Avropanı xilas etdiyini iddia edir. Buna baxmayaraq, məktublar o dövrün standartları daxilində kifayət qədər neytraldır. Busbek bəzi tənqidlər səsləndirsə də, xoşuna gələn şeyləri bildirməkdən də çəkinməmişdir. Ordunun nizam-intizamı, türk hamamları və türklərin bədən təmizliyinə verdiyi əhəmiyyət Busbekə təsir etmişdir. Busbek, həmçinin Osmanlı imperiyasında qadınların hüquqi statusundan da təqdirlə danışmışdır. Məsələn, Busbek bildirir ki, türk qadınları boşanma tələb edə bilər və bu baxımdan Osmanlı imperiyası Avropanı qabaqlayır.
Bu baxımdan “Türk məktubları” həm səyahət ədəbiyyatının ilk nümunələrindən biri, həm də o dövrdə Osmanlı imperiyasının həyatını təsvir edən mühüm tarixi sənəddir.