Türkan Nəsirova


Türkan Nəsirova
Şəxsi məlumatlar
Tam adı Türkan Taleh qızı Nəsirova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (26 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan Azərbaycan
İdman növü Güləş (Sərbəst)
Boyu 155 sm.
Çəkisi 44 kq.
29 mart 2016 tarixində yenilənib.

Türkan NəsirovaAzərbaycanlı sərbəst güləşçidir. Yeniyetmələrin Dünya Çempionatının qızıl, Avropa Çempionatının isə iki qat bürünc medalçısıdır. Gənclərin Dünya Çempionatının gümüş, Avropa Çempionatının isə qızıl medalçısıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Türkan Nəsirova 6 mart 1997-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. 2014-cü ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbini bitirmişdir. Abşeron rayonu Uşaq-Gənclər İdman Məktəbinin güləş bölməsinin yetirməsidir. 2009-cu ildən güləş ilə məşğul olmağa başlamışdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Türkan Nəsirova birinci uğurunu 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qazanmışdır. O Gənclərin Dünya Çempionatında finalda məğlub olaraq gümüş medal qazanmışdır. Daha sonra Türkan Nəsirova 2013-cü ildə Monteneqronun Bar şəhərində Gənclərin Avropa Çempionatında bürünc medal qazanmışdır. Bir ildən sonra Türkan Nəsirova 2014-cü ildə Bolqarıstanın Samokov şəhərində analoji yarışda, Gənclərin Avropa Çempionatında qızıl medal qazanmışdır. Elə həmin ildə Yeniyetmələrin Avropa Çempionatında Polşada bürünc medal qazanmışdır. 2014-cü ildə Türkan Nəsirova son uğurunu Gənclərin Dünya Çempionatında qazanmışdır. Türkan Nəsirova Slovakiyada bürünc medal qazanmışdır. 2015-ci ildə isə Türkan Nəsirova Yeniyetmələrin Avropa Çempionatının bürünc medalını, Yeniyetmələrin Dünya Çempionatının isə qızıl medalını qazanmışdır.

Uğurları[redaktə | mənbəni redaktə et]

Yarış Azərbaycan AZE
2012 2013 2014 2015
Alrosa Cup 5
Yeniyetmələrin Dünya Çempionatı 12 1
Yeniyetmələrin Avropa Çempionatı 3 3
Gənclərin Dünya Çempionatı 2 5 3
Gənclərin Avropa Çempionatı 11 3 1

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Türkan Nəsirova - müsahibə". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]