Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi.
Türkan xatun | |
---|---|
Türkan xatun İbrahim Tamğaç xan qızı Qaraxani | |
Qaraxanilər dövlətinin xatunu | |
Böyük Səlcuq İmperiyasının xatunu | |
1068 – 1092 | |
Böyük Səlcuq İmperiyasının sultanının anası | |
1092 – 1093 | |
Sonrakı | Zübeydə xatun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1053 |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Atası | İbrahim Tamğaç xan |
Həyat yoldaşı | I Məlikşah |
Uşaqları |
oğlanları Mahmud Davud Əhməd; qızları: Mah Mələk xatun |
Ailəsi | Qaraxanilər sülaləsi, Səlcuqlular |
Dini | İslam |
1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir.
1094. ildə İsfahanda vəfat etmişdir.
Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.
Əhməd xan 1077. ildə Mərv şəhərində anadan oldu. Atadan Səlcuqlu anadan Qaraxani qanı daşıyan Əhməd xan vəliəhd elan edildi. Amma qardaşı Davud xan kimi uşaq yaşda 1088. ildə 11 yaşında vəfat etdi.
Mahmud xan 1087. ildə anadan oldu. Anası Türkan xatun Bağdaddakı Abbasi xəlifəsi və yeznəsi Müqtədiniyə xəbər verdiki Bağdadda I Mahmudun adına xutbə oxusun. Atası Məlikşahın ölümündən 6 gün sonra, 25 Noyabr 1092-də beş yaşında Səlcuqlu sultanı elan edildi. 1094-cü ildə Sultan Mahmud çiçək xəstəliyinə tutularaq vəfat etdi.
Abbasi xəlifəsi Mah Mələk xatunu özünə istəyir. Bu məqsədlə vəzirini İsfahana göndərir. I Məlikşah əmri ilə vəzir Türkan xatunla görüşür. Türkan xatun vəzirə qızını Qaraxani və Qəznəvi hökümdarlarının da istədiyini, 400.000 dinar qarşılığında qızı Mah Mələk xatunu Xəlifə Muktədi-Biemrillah verəcəyini bildirmiş. Xəlifənin narazılığına görə həm 50.000 dinar süt haqqı və 100.000 dinar mehir verməsi, həm də xəlifənin başqa arvadı cariyəsi olmaması şərti ilə Türkan xatun qızını verməyə razı olmuşdur. 1087. ildə nikah bağlanır və bu nikahdan Ebül-Fazl Cəfəri adlı bir oğlan doğuldu. I Məlikşah Xəlifə Muktədi-Biemrillahdan Müstazhir-Billahı vəliəhdlik dən azad edib yerinə qızi Mah Mələk xatundan olan nəvəsi Ebül-Fazl Cəfəri vəliəhd elan etməzini istiyir, amma Muktədi-Biemrillahdan bunu qəbul etmir. Ramazan ayının 24-dü 485. ildə (28 sentyabr 1092) Bağdada səfər edən I Məlikşah xəlifəyə öz istəyi ilə taxtan əl çəkib Bağdaddan Bəsrəya getməsini istəyir. Mühüm din xadimlərinin istəyi ilə Xəlifəye on gün möhlət verilir. Amma bu günlərdə I Məlikşah zəhərlənir və Şəvval ayının 16-sı 485. ildə (19 Noyabr 1092) Bağdadda vəfat edir. Mah Mələk xatun oğlu ilə birlikdə İsfahana qayıdır.