Türkiyə İnqilabçı Gənclik Federasiyası (türk. Türkiye Devrimci Gençlik Federasyonu), tez-tez sadəcə olaraq İnqilabçı Gənclik (türk. Devrimci Gençlik , DEV-GENÇ) adlanır — 1965-ci ildə Türkiyədə təsis edilən[1] və 1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra fəaliyyəti qadağan edilmiş, bir müddət gizli təşkilat olaraq fəaliyyətini davam etdirən marksist–leninist təşkilat. 1965-ci ildə Debat Klubları Federasiyası kimi təsis edilmiş və 1969-cu ildə adı dəyişdirilmişdir.[2]
Türkiyə İnqilabçı Gənclik Federasiyası DEV-GENÇ | |
---|---|
Yaranma tarixi | 1965 |
Dev-Genç üzvləri 1969-cu ildə Ankarada universitet şəhərciyini ziyarət edərkən ABŞ səfiri Robert Komerin avtomobilini yandırmışdılar. Dev-Genç üzvləri ABŞ-ın 6-cı donanmasının Türkiyədə lövbər salmasına qarşı etirazlarda iştirak etmiş, həmçinin 15–16 iyun 1970-ci ildə işçilərin aksiyalarında fəal rol oynamışdılar.[3]
1971-ci il dövlət çevrilişindən sonra Dev-Genç üzvü olduğu iddia edilən 226 nəfər Ankara 1 saylı Hərbi Məhkəməsində, 154 nəfər İstanbul 2 saylı Hərbi Məhkəməsində, 34 nəfər isə Diyarbəkir Hərbi Məhkəməsində mühakimə olunmuşdur.[3]