Türkiyə Aeronavtika Assosiasiyası

Türkiyə Aeronavtika Assosiasiyası və ya qısaca TAA, Türkiyədə aviasiya sənayesini yaratmaq; hərbi, mülki, idman və turizm aviasiyasının inkişafını təmin etmək məqsədilə 16 fevral 1925-ci ildə Mustafa Kamal Paşanın əmri ilə yaradılmış assosiasiyadır. Atatürkün əmri ilə yaradılan zaman rəhbəri və prezidenti Cevat Abbas Gürer olub və assosiasiya “Türk Təyyarə Cəmiyyəti” adını daşımış, 1935-ci ildən “Türkiyə Aeronavtika Assosiasiyası” adını almışdır.

Türkiyə Aeronavtika Assosiasiyası
Yaranma tarixi 1925
thk.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

TAA Türkiyənin “Aviasiya Federasiyası”nın səlahiyyətlərini daşıyır. 5 avqust 1925-ci ildən “ictimai faydalı cəmiyyət” statusundadır. Baş ofisi Ankaradadır. Prezident və Nazirlər Kabineti TAA-nın mənəvi mühafizləridirlər. Prezident, Qoşun Komandirləri və Ankara valisi onun təbii üzvləri arasındadır.

Təşkilat; üzvlük haqqı, qurban dərisi, fitrə, zəkat yığma fəaliyyətləri; marka satışı, tabeliyindəki korporativ müəssisələrin fəaliyyəti kimi mənbələrdən gəlir əldə edir.

1954-cü ildən Türkiyə Aeronavtika Assosiasiyası iki aydan bir pulsuz olaraq öz korporativ jurnalı olan Uçan Türk adlı jurnalını nəşr etdirir.