Türk Basketbol Federasiyası ya da qısaca TBF, 1959-cu ildə İstanbulda qurulan və Türkiyədəki basketbol təşkilatlarını tənzimləyən muxtar idman federasiyasıdır. FIBA və ULEB-in üzvüdür. Federasiyanın hazırkı prezidenti Hidayət Türkoğludur.
Türkiyə Basketbol Federasiyası TBF | |
---|---|
Növü | İDMAN |
Yaranma tarixi | 1959 |
Mərkəzi | |
Sədr | Hidayət Türkoğlu |
tbf.org.tr |
Türkiyə Basketbol Federasiyası üç kişi basketbol liqasını və iki qadın basketbol liqasını təşkil edir. Bundan əlavə, TBF hər il kişi və qadınlar üçün liqa çempionatları, Türkiyə kubokları və prezident kuboklarını təşkil edir.
Rəsmi qeydlərə görə, Türkiyədəki ilk basketbol oyunu 1904-cü ildə Osmanlı İmperiyası dövründə Robert Kolleci İdman Salonunda oynanmışdı. Qısa müddət sonra Qalatasaray Litseyindən Əhməd Robenson bu idmanı kəşf etdi və 1911-ci ildə öz litseyinə apardı. İlk oyunda, Robensonun tələbələri bir-birlərinə qarşı mübarizə apardılar, lakin bu yeni idman növünə alışa bilməyən tələbələr arasında yaralananlar oldu.
Bəzi mənbələrə görə, Fənərbaxça İdman Klubu 1913-cü ildə basketbol şöbəsi açdı, lakin 1919-cu ilə qədər şöbə Birinci Dünya Müharibəsinin araya girmesi ilə əlaqədar fəaliyyət göstərmədi. 1920-ci ildə bir Türk komandasının İstanbuldakı Gənc Kişilər Hərəkatı Dərnəyi tərəfindən təşkil edilən basketbol turnirində iştirak etmək qərarı alındı. 4 aprel 1921-ci ildə Amerikanların və Türklərin komandaları qarşı qarşıya gəldiyi və Amerikanların 18-14 qazandığı matç Çağaloğlu Müəllim Litseyində reallaşdırıldı.
Daha sonra basketbol meydançaları İstanbulun Beykoz, Balmumcu, Bebek və Üsküdar rayonlarında tikildi.Basketbol bu donəmdə litseylərdə məşhur bir idman növünə çevrildi.
Türkiyədə idman mənasında ilk qurulan Türkiyə İdarəetmə İttifaqları Federasiyasının köməyi ilə basketbol idmanının da bir idarəetmə orqanı olmuşdur. Buda basketbol idarəçiliyində peşəkar qrupun olması mənasında ilk addım idi. Hər nə qədər də Federasiya təşkilatçılığı ilə olmasada, İstanbulda Qurtuluş, Bəyoğluspor, Barkhoba, Maccabi, Protkeba, İtalyan Kartal və Qalatasaray klubları arasinda yarışma keçirilirdi.
1927-ci ildə İstanbul Basketbol Çempionatı təşkil edildi. İlk bir neçə il ərzində çempionatı azlıqlar tərəfindən oynanan komandalar təşkil edirdi. 1933-cü ildə Qalatasaray, Beşiktaş, Fənərbaxça, İstanbulspor və Hilal komandalarının yarışmalara qatılması bir başqa çempionat meydana gətirdi. 1933-cü ildə Türk İdman İdarəsinin rəhbərliyindəki rəsmi təşkilatlar ölkə daxilində fəaliyyətə başlamışdır.1934-1936-cı illərdə Galatasaray ardıcıl üç mövsüm İstanbul çempionatının qalibi oldu.[1]