Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası

Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası (THHQA) Türkiyə Hərbi Hava Qüvvələri üçün fəaliyyət göstərən zabitlər hazırlayan və bakalavr səviyyəsində akademik təhsil və təlim verən hərbi məktəbdir. 2016-cı ildə çıxarılan fərmanla Milli Müdafiə Universitetinə tabedir.

Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası
Xəritə
40°58′24″ şm. e. 28°50′18″ ş. u.HGYO
Əsası qoyulub 1951[1]
Ölkə
Sayt hho.edu.tr/EN/
hho.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərbdə hərbi aviasiya sahəsindəki inkişaflara paralel olaraq, 1912-ci ildə Osmanlı imperiyasında müasir Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının yerləşdiyi zonada Təyyarə Məktəbi adı ilə ilk aviasiya təhsili müəssisəsi açılmışdır. Uzun müddət bir sıra mərhələlərdən keçən və yeri dəyişdirilən məktəbdə daha çox Türkiyə Hərbi Akademiyasını bitirmiş zabitlər uçmaq üçün yetişdirilmiş, sonradan bu zabitlər Türkiyə Hərbi Hava Qüvvələrinin əsasını təşkil etmişdirlər. 1951-ci ildə yaradılmış Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası və şəhərciyi Yeşilyurt, Bakırköydə yerləşir. Hava Texniki Məktəbləri Komandanlığının şəhərciyi isə 17 sentyabr 1954-cü ildə İzmirin Qaziemir şəhərinə köçürülmüşdür.

Lazımi şərtləri ödəyərək Hərbi Hava Qüvvələri Akademiyasına daxil olmaq üçün müraciət edən namizəd tələbələr idman, sağlamlıq, psixomotor və müsahibə mərhələlərini müvəffəqiyyətlə başa vurduqdan sonra tələbələrin seçim uçuşu mərhələsinə qədəm qoyurlar. Pilot hazırlığı pərvanəli təyyarə kateqoriyasındakı T-41D ilə həyata keçirilir. Tələbələrin seçim uçuşunu müvəffəqiyyətlə başa vuran namizədlər üçün bir aylıq nizamlanma hazırlığını müvəffəqiyyətlə keçmək tələb edilir və bundan sonra namizədlər and içərək məktəbin tələbəsi olurlar. Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasında dörd illik təhsil müddətində tələbələr öz siniflərinə müvafiq olaraq bir sıra uçuş fəaliyyətləri ilə məşğul olurlar. Bundan əlavə, orta sinif şagirdləri düşərgəsində və yay tətili zamanı Yalovadakı Aviasiya Unter-ofiser Peşə Məktəbində keçirilən Türk Hava Təşkilatının playner təlimlərində iştirak edirlər. Uçuş təliminin məqsədi Hərbi Hava Qüvvələri Akademiyasının tələbəsini pilotluq təhsilinə hazırlamaq, uçuş intizamını, uçuş təhlükəsizliyini və brifinq prosedurlarını öyrətmək, yoxlama siyahısından, uçuş kitabçası və avadanlıqlardan istifadə vərdişlərini qazandırmaq, vaxta riayət etməyi, aviasiyanın qanun və qaydalarını və həmçinin də əsas aviasiya biliklərini tətbiq şəraitində tələbələrə öyrətməkdir. Erasmus Proqramının fəaliyyət göstərdiyi məktəbdə, həmçinin 1992-ci ildən bəri müxtəlif ölkələrdən qonaq hərbi personallara da təlimlər keçirilir.

Məktəbin tələbələri və ya məzunlarının içərisindən istedadları aşkar edildikdən sonra xüsusi imtahanlarla Türk Ulduzları və Solo Türk uçuş heyətinə qatılmaq üçün namizədlər seçilirlər.

  1. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942