Türkiyə Quru Qoşunları məktəbi

Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir.

Milli Müdafiə Universiteti Quru Qoşunları Məktəbi
Loqonun şəkli
Xəritə
39°54′33″ şm. e. 32°50′43″ ş. u.HGYO
Şüar "Yıldızların irfan yuvası"
Əsası qoyulub 1824
Tip hərbi məktəb
Direktor İzzət Çətingöz
Tələbə sayı 4.000
Müəllim sayı 150
Şəhər Ankara
Ölkə
Sayt kho.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II. Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur. Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır. Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır. Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir. Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 iyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır. Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir. Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır. İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır.

  1. Piyadaçı
  2. Tankçı
  3. Artilleriya mütəxəsisi
  4. Hava Hücumundan Müdafiə mütəxəsisi
  5. Quru Havaçılıq mütəxəsisi
  6. İstehkamçı
  7. Kəşfiyyatçı
  8. Rabitəçi
  9. Maddi-Texniki Təminat mütəxəsisi
  10. Texnikaya qulluq üzrə mütəxəsis
  11. Şəxsi heyətlə iş üzrə mütəxəsis
  12. Maliyyəçi
  13. Topoqraf

Döyüş Bayrağı

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda istifadə edilən Quru Qoşaunlar Məktəbi Döyüş Bayrağı 2001-ci ildə qəbul edilmişdir. Döyüş Bayrağının üstündəki 1834-cü il məktəbin yarannma tarixi, çarpaz qılınc zabit olmağı, çələng zabitliyi, günəş şüalı Atatürk portreti özü də Quru Qoşunlar Məktəbi məzunu olan Atatürkün hərbi məktəb müdavimlərinə və Türkiyəyə yaydığı çağdaş fikirlərə işarə edir. Bayrağın rənginin qırmızı olması isə Türkiyə Cümhuriyyəti bayrağını və Quru Qoşunlar Məktəbi məzunlarından olan şəhidləri göstərir.