Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi (TXQP-C; türk. Türkiye Halk Kurtuluş Partisi-Cephesi, THKP-C) — Türkiyədə marksist–leninist partizan qruplaşması. 1970-ci ildə Münir Ramazan Ağtolqa, Yusif Küpəli və Mahir Çayan tərəfindən təsis edilmişdir. Türkiyə Xalq Qurtuluş Partiyası (THKP) siyasi qanadı, Türkiyə Xalq Qurtuluş Cəbhəsi (THKC) isə silahlı qanadı idi.
Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi | |
---|---|
Quruluş tarixi | 1970 |
Dağılma tarixi | 1972 |
İdeologiya | marksizm-leninizm |
THKP-C partizanlarının həbsindən sonra məhkəmələr başlamışdır. Çayan və Bardaqçı edamla cəzalandırılacaqdı, lakin 29 noyabr 1971-ci ildə 2 THKO və 3 THKP-C partizanı həbsxanadan qaçmışdır.[1]
Həbsxanadan qaçdıqdan sonra Çayan və Bardaqçı qərar vermişdilər ki, Çayan kənd partizan birliklərinin başçısı, Bardaqçı isə şəhər partizan birliklərinin başçısı olmuşdur. 19 fevral 1971-ci il saat 07:00-da Arnavutköydə Bardaqçı öldürülmüşdür. Bununla da THKC-nin şəhər partizan ittifaqı məğlub olmuşdur.[2]
THKC-nin Qara dəniz kənd partizan dəstəsi və bəzi THKO partizanları 26 mart 1972-ci ildə Ünyedə 2 kanadalı və 1 ingilis radar texnikini qaçırmışdılar. İnqilabçılar 30 mart 1972-ci ildə Tokat, Niksar, Qızıldərə kəndində Türkiyə əsgərləri tərəfindən mühasirəyə alınmışdır. Əvvəlcə əsgərlər yaraqlılarla danışıqlar aparmaq istəmişdilər. Daha sonra əsgərlər silahlılara atəş açmış, nəticədə Mahir Çayan həlak olmuşdur. Çayanın ölümündən sonra silahlılar texnikləri öldürmüşdülər və toqquşma başlamışdır. Qarşıdurmadan sonra 9 partizan həlak olmuşdur. Səffət Alp (THKP-C-dən) tutulmuşdur, lakin sonradan əsgərlər tərəfindən öldürülmüşdür.[3][4][5]